• 16:44 – Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər 
  • 23:54 – Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO 
  • 23:48 – “Haber Global”: “Azərbaycan həm meydanda, həm də masada qələbə qazandı” - VİDEO 
  • 23:43 – Bakcell bütün ölkəni Bulvardakı konsertə çağırır 

Şamaxıda soyqırımı qurbanları yad edildi

Şamaxıda soyqırımı qurbanları yad edildi

31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Şamaxı rayonunda anım tədbiri keçirilib.

Rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının kollektivlərinin, idarə, müəssisə və təşkilat rəhbərlərinin, eləcə də rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə soyqırım abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri düzülüb.

Rayon mədəniyyət mərkəzində təşkil olunan tədbirdə iştirakçılar məktəblilərin əl işlərindən ibarət rəsm sərgisilə tanış olublar.

Tədbirin rəsmi hissəsində ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin və soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hikmət Şikarov erməni qəsblkarları tərəfindən azərbaycanlılara qarşı 1918-ci ilin mart ayında törədilmiş soyqırımı aktını bəşəriyyətə, insanlığa qarşı törədilən vandalizmin təzahürü kimi qiymətləndirərək bu genişmiqyaslı qanlı aksiya nəticəsində yüzlərlə yaşayış məntəqəsinin yerlə-yeksan edildiyini, minlərlə azərbaycanlının böyük amansızlıqla və qəddarlıqla qətlə yetirildiyini bildirib.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →