• 22:06 – KİV: “Ərdoğanın ABŞ-yə səfəri təxirə salınıb” 
  • 21:47 – Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir? 
  • 16:44 – Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər 
  • 16:40 – ABŞ Ukraynaya bu raketləri gizli göndərdi 

“Prodexpo 2022” sərgisində Naxçıvanın 134 çeşiddə məhsulu nümayiş olunur

 “Prodexpo 2022” sərgisində Naxçıvanın 134 çeşiddə məhsulu nümayiş olunur

 “Prodexpo 2022” sərgisində Naxçıvanın 134 çeşiddə məhsulu nümayiş olunur
 “Prodexpo 2022” sərgisində Naxçıvanın 134 çeşiddə məhsulu nümayiş olunur

Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində öz işinə başlayan “Prodexpo 2022” beynəlxalq sərgisində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan məhsulları “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirilir.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, qida, içki və onların xammalının istehsalı üzrə hər il təşkil olunan sərgidə iştirak edən Naxçıvan şirkətləri də müxtəlif çeşidli məhsullarını sərgiləmək imkanı əldə ediblər.

Sərgidə “Ləzzət Qida Sənaye” MMC, “Badamlı Mineral Sular” MMC, Babək “Sirab” ASC tərəfindən 94 çeşiddə vafli məhsulları, 40 çeşiddə qazlı və qazsız “Badamlı”, “Sirab” mineral suları olmaqla, ümumilikdə 134 çeşiddə məhsul nümayiş olunur.

Qeyd edək ki, 13-17 fevral tarixlərində növbəti “Gulfood 2022” sərgisi keçiriləcək. Sərgidə “Ləzzət Qida Sənaye” MMC, “Badamlı Mineral Sular” MMC, Babək “Sirab” ASC, “Savalan-S” MMC-nin nümayəndələri təmsil olunacaq.

Sərgilər çərçivəsində naxçıvanlı sahibkarlar istehsal etdikləri məhsulları nümayiş etdirməklə yanaşı, xarici iş adamları ilə yeni əməkdaşlıq əlaqələri qurmaq, məhsulların ixracına dair müzakirələr aparmaq imkanı da əldə edəcəklər.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →