• 23:29 – Sürücülük vəsiqəsi almaq istəyənlərin nəzərinə! 
  • 23:23 – Azərbaycan İsraildəki səfirini geri çağırdı? - Təcili 
  • 23:18 – Leyla Rəhimova möhtəşəm konsert proqramı ilə çıxış etdi 
  • 21:40 – Ərdoğan Meloni ilə qlobal məsələləri müzakirə etdi 

Ermənistanda bu şəxslərin seçkilərdə iştirakı qadağan edildi






Ermənistanda bu şəxslərin seçkilərdə iştirakı qadağan edildi

Ermənistanda bu şəxslərin seçkilərdə iştirakı qadağan edildi

Ermənistanda ölkədən kənarda daimi yaşayan vətəndaşların seçkilərdə səs verməsi qadağan edilib.

XEBERTV.AZ  xəbər verir ki, müvafiq dəyişikliklər parlament tərəfindən Seçki Məcəlləsinə ikinci və yekun oxunuşda qəbul edilib.

Beləliklə, parlament seçkilərində və referendumlarda yalnız son 730 günün ən azı 366 gününü daimi olaraq Ermənistanda yaşamış Ermənistan vətəndaşları iştirak edə biləcəklər. Bu tələb növbəti seçkilərdən 48 gün əvvəl, növbədənkənar seçkilərdən isə 28 gün əvvəlki tarixə olan vəziyyət üzrə yerinə yetirilməlidir.

Dəyişikliklərin müəllifləri Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" Partiyasının deputatlarıdır. Onlar bu qərarı onunla əsaslandırıblar ki, xaricdə daimi yaşayan vətəndaşlar çox vaxt ölkədaxili siyasi vəziyyət barədə kifayət qədər məlumatlı olmurlar və ya yaşadıqları dövlətin siyasi gündəminin təsiri altında ola bilərlər.



Axar.az


Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →