• 22:48 – Ərdoğandan silahlı hücuma reaksiya 
  • 22:37 – Burada Əliyev və Putin əsas rol oynayıb - Korotçenko 
  • 22:32 – Ölkədə uşaqlara bu adların qoyulması qadağan edilir 
  • 18:42 – Türkiyədən 1 milyard dollar və ən gözəl qadını istədi - Əks təqdirdə bu addımı atacaq 

Burada Əliyev və Putin əsas rol oynayıb - Korotçenko



Burada Əliyev və Putin əsas rol oynayıb - Korotçenko

Burada Əliyev və Putin əsas rol oynayıb - Korotçenko

Rusiya və Azərbaycanın Xarici İşlər nazirliklərinin birgə bəyanatı iki ölkə arasında siyasi münasibətlərin tam normallaşdığını göstərir.

XEBERTV.AZ  Axar.az-a istinadən  xəbər verir ki, bu sözləri “Mülki müdafiə” jurnalının baş redaktoru, hərbi analitik İqor Korotçenko “Vestnik Kavkaza”ya müsahibəsində deyib.

Onun sözlərinə görə, əldə olunmuş razılaşmalar əvvəllər ikitərəfli münasibətlərə kölgə salan bütün məsələlərin tənzimləndiyini təsdiqləyir.

Ekspert qeyd edib ki, bu prosesdə prezidentlər Vladimir Putin və İlham Əliyevin siyasi iradələri əsas rol oynayıb. Bunun sayəsində bütün əsas problemli məsələlər həll edilib, qalan məsələlər isə yaxın vaxtlarda tənzimlənə bilər:

“Bilirdik ki, iki ölkə arasında münasibətləri pozmağa çalışanlar, yaranmış vəziyyətdən sui-istifadə etməyə cəhd göstərənlər və Rusiya ilə Azərbaycanın maraqlarına uyğun olmayan məqsədlərlə hərəkət edənlər çox idi. Onların cəhdləri uğursuz oldu. Bu gün əminik ki, problemli məqamlar keçmişdə qalıb və biz ölkələrimiz arasında münasibətlərdə həmişə mövcud olmuş dostluq formatına qayıtmışıq”.





Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →