• 18:22 – İran DÇ-2026 ilə bağlı yekun qərarını açıqladı 
  • 18:10 – “Avroviziya 2026”nın qalibi həyat yoldaşı ilə gündəmə gəlib 
  • 18:54 – Bakıda forum: Hədəf 8 ölkənin hüdudlarını aşmaqdır - Baş katib 
  • 18:43 – Azərbaycan bu il də Avroviziya finalına çıxa bilmədi 

Ermənistanın Aİ-yə daxil olub-olmayacağı araşdırılır: "Erməni arzusu" reallaşacaq


 

Ermənistanın Aİ-yə daxil olub-olmayacağı araşdırılır: "Erməni arzusu" reallaşacaq

Avropa Komissiyası Ermənistanın ölkənin Avropa İttifaqına (Aİ) qoşulması prosesinə başlamaq üçün qanunvericilik təşəbbüsünü öyrənəcək və onu İrəvanla da müzakirə edəcək.

XEBERTV.AZ  xəbər verir ki, bunu "RİA Novosti"yə müsahibəsində Avropa Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Anitta Hipper deyib.

“Biz qanun layihəsini təhlil edəcəyik və onu Ermənistan hakimiyyəti ilə müzakirə edəcəyik”, - Hipper deyib.

Qeyd edək ki, yanvarın 9-da Ermənistanın Nazirlər Kabineti respublikanın Avropa İttifaqına üzvlüyünə başlamaq təşəbbüsünü dəstəkləyib. İndi təklif ölkə Milli Assambleyasının aparatına veriləcək. Respublikanın baş naziri Nikol Paşinyan iclasda bildirib ki, Ermənistan Aİ-yə daxil olması ilə bağlı qərar yalnız ümumxalq səsverməsi yolu ilə verilə bilər.

Xatırladaq ki, bundan əvvəl Rusiya baş nazirinin müavini Aleksey Overçuk Ermənistana Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmağın nəticələri ilə bağlı xəbərdarlıq edib. O qeyd edib ki, ölkədə ərzaq və elektrik enerjisi bahalaşacaq, ixrac azalacaq.





Publika.az

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →