• 10:10 – Tramp 1 saat ərzində 7 bəyanat verib, heç biri doğru deyil... 
  • 10:01 – İran müharibəsi: ABŞ-ın bir yolu qalıb... 
  • 22:48 – Ərdoğandan silahlı hücuma reaksiya 
  • 22:43 – Ermənistan hava məkanını bağlayır - Bu tarixdə 

Yeni vitse-prezidentlər kim olacaq? - Mikayıl Cabbarovun ilk iclası

Yeni vitse-prezidentlər kim olacaq? - Mikayıl Cabbarovun ilk iclası

Azərbaycan Güləş Federasiyası prezident dəyişikliyindən sonra daha bir neçə dəyişikliyə hazırlaşır.

Federasiya iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbər təyinatından sonra ilk daxili iclasını keçirəcək.

Belə ki, bu iclas aprelin 9-da İqtisadiyyat Nazirliyində baş tutacaq. Nazir Mikayıl Cabbarov federasiyadakı vəzifələrə təyinatlar edəcək.
Boş qalan vitse-prezident postlarının yeni sahibləri müəyyənləşəcək. Vitse-prezidentlərdən birinin güləş üzrə Olimpiya çempionu Toğrul Əsgərovun olacağı bildirilir.

Əldə etdiyimiz məlumata görə, federasiyanın baş katibi Orxan Məmmədov da vəzifəsindən göndərilə bilər. Onun fəaliyyəti qənaətbəxş sayılmayıb və yerinə yeni təyinat olacağı gözlənilir.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →