• 20:59 – Gürcüstan etirazlara baxmayaraq qanunu qəbul etmək niyyətindədir 
  • 20:42 – Qubad İbadoğlu ilə bağlı yeni qərar 
  • 20:23 – ASAPES türk dövlətləri üçün yeni layihəsi ilə bir ilkə imza atır! 
  • 23:39 – “Qarabağ” Avropada 2-ci yeri bölüşdürür 

Müasir 4-cü nəsil protezlərlə yeni aktiv həyata doğru

Müasir 4-cü nəsil protezlərlə yeni aktiv həyata doğru

Onlar şanlı Zəfərimizin qəhrəmanlarıdır. 44 günlük Vətən müharibəsində keçdikləri şücaətlərlə zəngin şərəfli döyüş yolunda əzalarını itirsələr də, Azərbaycan dövləti onların yenidən aktiv həyata dönüşü üçün hər şeyi edir.

Prezident İlham Əliyevin tapşırığına əsasən, 2020-ci ilin dekabr ayından müharibə əlillərinin yüksək texnologiyalı müasir protezlərlə təminatına başlanıb.

Artıq 270 nəfər müharibə əlili yüksək texnologiyalı 290 ədəd müasir 4-cü nəsil protezlə təmin edilib.

Onlardan 188 nəfəri Vətən müharibəsi qazısıdır.
82 nəfəri isə I Qarabağ müharibəsi və Vətən müharibəsinə qədərki dövrdə hərbi səbəblərlə əlaqədar əliliyi olan şəxslərdir.

“Genium” tipli müasir 4-cü nəsil protezlər aktivliyi və funksionallığı ilə qazilərimizin sərbəst və inamlı şəkildə hərəkət etmələrinə, hətta istədikləri zaman futbol oynaya bilmələrinə belə imkan verir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi yeni videoçarx da elə bu mövzudadır.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →