• 22:00 – İsrail İrana hücum üçün ABŞ-dən "yaşıl işıq" gözləyir 
  • 21:50 – ABŞ 38 il sonra İrana qarşı bu silahdan istifadə etdi 
  • 21:44 – "Qarabağ"ı uduzduran, "Sabahı" himayə edən kimdir? 
  • 16:52 – Ermənilər Ermənistanda və Qarabağda nələri dağıdıb... 

Cəlilabadda ana oğlunu öldürdü



Cəlilabadda ana oğlunu öldürdü

Cəlilabadda ana oğlunu öldürdü

20:46

Cəlilabad rayonunda üzərində xəsarət izi olan yeniyetmə meyiti aşkar edilib.

XEBERTV.AZ -ın Report-a istinadən məlumatına görə, hadisə rayonun Sərhədabad kəndi ərazisində qeydə alınıb.

Tapılan meyitin kənd sakini, 14 yaşlı Abdulhüseynli Mirkamal Mirqafur oğluna məxsus olduğu məlum olub.

İlkin məlumata əsasən, mərhumun ürək nahiyəsində xəsarət izi aşkar olunub.

Hadisənin qətl və ya bədbəxt hadisə nəticəsində baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.

***

Cəlilabadda yeniyetmənin ölümü ilə bağlı bəzi təfərrüat məlum olub.

Məlumata görə, 2011-ci il təvəllüdlü Mirkamal Abdulhüseynli yaşadığı evdə döş nahiyəsindən kəsilmiş-deşilmiş xəsarət alıb. O, yaxınları tərəfindən xəstəxanaya çatdırılıb. Həkimlərin çoxsaylı səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Polis əməkdaşları tərəfindən aparılan araşdırmalar nəticəsində müəyyən olunub ki, yeniyetmənin anası Səliqə Abdulhüseynova bıçaqla ət doğrayan zaman ehtiyatsızlıqdan oğlunu itələyib. Nəticədə övladı bıçaq xəsarəti alıb. Qadın saxlanılıb.

DİN-in Mətbuat xidmətinin regional qrupundan hadisə ilə bağlı sorğuya cavab olaraq bildirilib ki, faktla bağlı polis və prokurorluq əməkdaşları tərəfindən araşdırma aparılır. Hadisə ilə bağlı əlavə şərh verilməyib



Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →