• 22:12 – KİV: “Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsir” 
  • 21:57 – Xəzri" pley-off 'a böyük hesablı qələbə ilə start verib   
  • 21:55 – Türkiyə S-400-ləri Ukraynaya verəcək? - Açıqlama 
  • 21:43 – Aprelin 28-də "DreamLand" qolf akademiyasında Azərbaycan Qolf Federasiyasının təşkilatçılığı ilə "Lexus Tropy 2024" turniri keçirilib 

Alternativ enerji üçün tikinti və istismara verilən torpaqlardan icarə haqqı alınmayacaq

Azərbaycan Respublikasının Nazirlər Kabineti “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddinin müəyyən edilməsi barədə” 2000-ci il 23 dekabr tarixli Qərarında dəyişiklik edib.

Nazirlər Kabinetindən AZƏRTAC-a bildirilib ki, bununla bağlı Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, enerji mənbələri (külək və günəş) üzrə qoyuluş gücü 100 meqavat və daha çox olan elektrik stansiyalarının tikintisi və istismarı ilə əlaqədar investorların icarəsinə verilən dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi sıfır əmsalı tətbiq edilməklə hesablanacaq.

Qərar 2023-cü il yanvarın 1-dən qüvvəyə minəcək.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →