• 15:51 – Putin Rusiyada repressiyaları gücləndirir - KİV 
  • 15:42 – Almaniyada UNO ilə bağlı rekord artım: 14 min məlumat... 
  • 15:40 – Bu təyyarə vurulsa, ABŞ üçün fövqəladə vəziyyət olar 
  • 15:34 – Vüsalə Hüseynova: " Azyaşlıların layiqli övlad kimi böyümələri üçün var qüvvəmizlə çalışırıq!" 

Zakir Həsənov hərbi attaşelərlə görüş keçirdi

  • 03.08.2026, 20:32,
  • Hərb



Zakir Həsənov hərbi attaşelərlə görüş keçirdi

Zakir Həsənov hərbi attaşelərlə görüş keçirdi

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov xarici ölkələrdəki səfirliklər nəzdində fəaliyyət göstərən hərbi attaşelərlə görüş keçirib.

XEBERTV.AZ xəbər verir ki, bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Görüşdə nazirə cari il ərzində Azərbaycanın digər dövlətlərlə hərbi əməkdaşlığının mövcud vəziyyəti, hərbi attaşelik aparatlarının fəaliyyəti və xarici ölkələrdə yeni yaradılmış attaşelik aparatları barədə ətraflı məlumat verilib.

Tədbirdə Prezident İlham Əliyevin rəhbərliyi ilə dayanıqlı sülhün təmin olunması istiqamətində həyata keçirilən dövlət siyasətinin, eləcə də ölkədə ordu quruculuğu sahəsində aparılan islahatların beynəlxalq müstəvidə təbliğinin əhəmiyyəti vurğulanıb.

Z.Həsənov hərbi attaşelik aparatlarının xarici ölkələrdə Azərbaycanın milli maraqlarının müdafiəsi və hərbi əməkdaşlığın inkişafı istiqamətində gördüyü işləri müsbət qiymətləndirib.



Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →