Bu gün Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müqaviləli hərbi qulluqçusu asılmış vəziyyətdə tapılıb.
XEBERTV.AZ xəbər verir ki, bu barədə “ArmLur” məlumat yayıb.
O, xidmətini “Paştpan Hayrenyats” (“Vətən müdafiəçisi”) proqramı çərçivəsində həyata keçirib.
“ArmLur”a daxil olan məlumatlara əsasən, hərbi qulluqçu qohumunun evində asılmış vəziyyətdə aşkar edilib. Bu gün onun növbətçilik günü olub və hərbi hissəyə getməli imiş.
Qeyd edək ki, bu, son 3 gün ərzində qeydə alınan 3-cü belə haldır.


