• 23:00 – Paşinyan rusiyalı yutuberin istəyini rədd etdi 
  • 22:10 – Azərbaycan güləş hakimliyi uğura imza atıb. 
  • 22:04 – Karate üzrə Azərbaycan yığma komandası Avropa çempionatında iştirak etmək üçün Xorvatiyanın Zadar şəhərinə yola düşüb. 
  • 20:13 – Ukrayn “Patriot” raketlərini təhvil aldı 

Gənc rəssamların etüdü – “Çiçəklər”

Fevralın 1-də Xətai Sənət Mərkəzində “Çiçəklər” adlı etüd keçiriləcək. Bu tədbirdə 15-29 yaşarası rəssamlar iştirak edə bilərlər.

Bu barədə AZƏRTAC-a Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov məlumat verib.

“Sözügedən etüd Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunacaq.

İştirak etmək istəyənlər qeydiyyat üçün yanvarın 30-dək Xətai Sənət Mərkəzinin vatsap ünvanına (051 310 74 0) ad, soyad və təvəllüd qeyd etməklə müraciət edə bilərlər. Sonda iştirakçılara sertifikatlar təqdim ediləcək.

Texnika və ölçü sərbəstdir”, - deyə Z. Əvəzov söyləyib.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →