• 00:58 – Qərbi Azərbaycan Xronikası: Zəngəzur dəhlizi reallaşacaq 
  • 00:39 – ƏDV qəbzləri ölüm saçır: Mütəxəssisdən XƏBƏRDARLIQ - VİDEO 
  • 00:28 – Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür 
  • 00:19 – Qələbənin 79-cu ildönümüdür 

Xalq artisti İlqar Muradovun 65 illiyi qeyd olunacaq

Fevralın 12-də Heydər Əliyev Sarayında sevilən sənətkar, Xalq artisti İlqar Muradovun 65 illiyi münasibətilə yaradıcılıq gecəsi keçiriləcək.

Sarayın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ifaları ilə qəlbləri fəth edən müğənni gecədə öz repertuarında olan mahnılarla pərəstişkarlarının qarşısına çıxacaq.

Tamaşaçılar gecədə İlqar Muradovun yeni mahnıları, xalq musiqiləri və klassik ifaları ilə yanaşı, sənət dostlarının çıxışlarını də izləyə biləcəklər.

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →