• 20:59 – Gürcüstan etirazlara baxmayaraq qanunu qəbul etmək niyyətindədir 
  • 20:42 – Qubad İbadoğlu ilə bağlı yeni qərar 
  • 20:23 – ASAPES türk dövlətləri üçün yeni layihəsi ilə bir ilkə imza atır! 
  • 23:39 – “Qarabağ” Avropada 2-ci yeri bölüşdürür 

Kyokuşinkaykan karateçilərimiz dünya kuboku turnirində.


 



[23:51, 2023-7-15]


 Kyokuşinkaykan karateçilərimiz dünya kuboku turnirində.
     
 XEBERTV.AZ xəbər verir ki,  ötən həftə kyokuşinkay üzrə yığmamız Bolqarıstanın Varna şəhərində keçirilən dünya kubokunda iştirak edib. 29 ölkədən 4 minə yaxın idmançının qatıldığı yarışda ölkəmizi təmsil edən karateçilərimiz yarışın ilk günündən öz uğurlu çıxışları ilə yadda qalıb. Müxtəlif yaş qrupları kateqoriyasında keçirilən turnirdə yeniyetmələr arasında 65 kq. çəki dərəcəsində təmsil olunan  Selcan Babayeva qızıl medal qazanaraq, fəxri kürsünün ən yüksən pilləsinə qalxıb. 45 kq. çəki dərəcəsində mübarizə aparan Nəzrin Hacızadə isə, bütün döyüşlərini uğurla keçirtsə də, sonda qazaxıstanlı rəqibinə məğlub olaraq, gümüş medala layiq görülüb. Gənclərin mübarizəsində isə, 85 kq. çəki dərəcəsində Cavab Yusifov bürünc medal qazanıb. Ümumilikdə 7 gün davam edən yarış zamanı bir sıra seminarlar da təşkil olunub. Yarışın sonuncu günündə isə, senşi döyüşü üzrə professional liqada ölkəmizi təmsil edən digər bir döyüşçümüz Mübariz Ağamalıyev qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Eyni zamanda, yarışda ən qısa zamanda qalib gələn idmançı kimi tarixə düşərək, xüsusi bir kubokla təltif olunub. Yarış iştirakçıları və məşqçilər Vətənə döndükləri zaman KİV nümayəndələrinə verdikləri müsahibə zamanı yarışın ümumilikdə yüksək səviyyədə keçdiyini, yarışa yüksək hazırlıq prosesindən,əldə olunmuş gözləntilərdən, idmançıların inam və etimadlarını doğrultduqlarını bildirdilər.
[18:35, 2023-7-15] Billurə Asa: Bu yarışa qatılan kyokuşinkaykan karateçilərimizin xüsusi bacarıqları və hər bir uğurlu çıxışı digər beynəlxalq səviyyəli yarışlarda da ölkəmizi layiqincə təmsil edəcəklərinə bir daha əminlik ifadə edir.

 


 

 

 

Billurə Hüseynova

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →