Xəbər lenti
Axtar

Lənkəranda baş verən qəzada ölənlərin sayı dördə çatdı - YENİLƏNİB

24 Mrt 2016, 17:58   
    208
Lənkəranda baş verən qəzada ölənlərin sayı dördə çatdı - YENİLƏNİB

Sürücü tutulub.

Lənkəran şəhərində 4 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən və hadisə yerindən qaçan sürücü tutulub.

Oxu.Az-ın Report-a istinadən məlumatına görə, Astara rayon sakini 30 yaşlı Xansu Talıb oğlu Xəlilzadə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşları tərəfindən tutularaq istintaqa cəlb olunub.

10:10

Lənkəranda ötən gecə minik avtomobilinin vurduğu daha bir piyada, şəhər sakini, 25 yaşlı Səbuhi Əliyev bu gün səhər saatlarında xəstəxanada ölüb.

XeberTv.Az-ın APA-ya istinadən məlumatına görə, martın 23-də saat 21:30 radələrində Lənkəran-Boradigah şosesinin, şəhərin elektrik şəbəkəsi ərazisindən keçən hissəsində 3 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Astara rayon sakini, 1996-cı il təvəllüdlü Xansu Əlizadə idarə etdiyi “VAZ-21099” markalı, 10-EG-472 dövlət nömrə nişanlı minik avtomobili ilə yoldan keçən 4 piyadanı vurub.

Daha sonra avtomobil ağaca çırpılıb. Qəza zamanı piyadalardan üçü - Lənkəran şəhər sakinləri 1995-ci il təvəllüdlü Əli Cəbrayılov, 1979-cu il təvəllüdlü İmran İsmayılov, 1988-ci il təvəllüdlü Elvin Hüseynov aldıqları çoxsaylı bədən xəsarətləri nəticəsində ölüblər.

Avtomobilin sərnişini, Astara rayon sakini, 1987-ci il təvəllüdlü Kənan Həsənov və daha bir piyada, Lənkəran şəhər sakini, 1991-ci il təvəllüdlü Səbuhi Əliyev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasında (MRX) yerləşdiriliblər.

Ölən şəxslərin meyitləri Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə gətirilib. Həkimlərin səylərinə baxmayaraq, MRX-nin reanimasiya şöbəsinə yerləşdirilmiş 25 yaşlı Səbuhi Əliyevin həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törətmiş sürücü və onun yanındakı sərnişinləri olan iki həmyerlisi - 1997-ci il təvəllüdlü Nasir Sultanov və Murad Hüseynov isə hadisə yerindən yayınıblar.

Hazırda rayonun hüquq-mühafizə orqanları tərəfindən onların saxlanması istiqamətində zəruri tədbilər görülür.

Faktla bağlı araşdırma aparılır.

23.03.2016 23:30

Lənkəranda 3 nəfərin ölməsi, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.

XeberTv.Az APA-ya istinadən verdiyi məlumatına görə, hadisə saat 21:30 radələrində Lənkəran-Boradigah şosesinin, şəhərin elektrik şəbəkəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Astara rayon sakini, 1987-ci il təvəllüdlü Kənan Həsənov idarə etdiyi VAZ 21 099 markalı 10 EG 472 dövlət nişanlı minik avtomobili ilə yoldan keçən 4 piyadanı vurub. Daha sonra avtomobil ağaca çırpılıb. Qəza zamanı piyadalardan, Lənkəran şəhər sakinləri, 1995-ci il təvəllüdlü Əli Cəbrayılov, 1979-cu il təvəllüdlü İmran İsmayılov, 1988-ci il təvəllüdlü Elvin Hüseynov aldıqları çoxsaylı bədən xəsarətləri nəticəsində ölüblər.

Sürücü və daha bir piyada, Lənkəran şəhər sakini, 1991-ci il təvəllüdlü Səbuhi Əliyev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasında yerləşdiriliblər. Ölən şəxslərin meyitləri Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə gətirilib.

Faktla bağlı rayonun hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.