Xəbər lenti
Axtar
03 Şub 2023, 13:45   
    88


Gənclər günü ilə əlaqədar tədbir keçirilib

BAKI-XEBERTV.AZ

Balakən rayonundakı Gənclər Evində 2 fevral-Azərbaycan gəncləri gününə həsr edilən tədbir keçirilib. Tədbir iştirakçıları öncə Balakən şəhərindəki Şəhidlər xiyabanını ziyarət edib. "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən tədbiri Birliyin sədri, müharibə veteranı Şamil Sabiroğlu açdı. Azərbaycanın Dövlət Himni səsləndi, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Balakən rayon İcra Hakimiyyəti başçısının birinci müavini Turan Dibirov Azərbaycan gəncliyi günü münasibətilə rayon ərazisində yaşayan gəncləri təbrik etdi."Xocalı Soyqırımını Tanıtma" ictimai biliyinin Qax, Zaqatala və Balaķən rayonları üzrə Regional şöbəsi sədrinin müavini, qazi Şaban Daşdəmirov, Rusiyanın Rostov vilayətində yaşayan sahibkar, Rusiyada fəaliyyət göstərən Birlik Konqresinin Prezidenti Leyla Əhmədova, Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf fondunun sədri, qazi Ədalət Məhərrəmov, Qarabağ Qaziləri ictimai birliyinin Balakən rayon şöbəsinin sədri, qazi Aydın Abdullayev, "Azərbaycan bayrağı" ordenli və 8 medala layiq görülmüş şəhid baş leytenant Harun Alqayevin atası Məhəmməd Alqayev və başqaları Ölkəmizin yeniyetmə və gənclərini təbrik etdilər.Çıxışlarda qeyd olundu ki, düşmən üzərində qələbənin qazanılmasında Azərbaycan gəncliyinin də xüsusi rolu var. Daha sonra, " Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin layihəsi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə hazırlanmış "Qədim Şuşa" sənədli filmi nümayiş olundu.


Ayna Sərdarqızı,
Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbəsi.
03.02.2023.
loading...