Kənd kitabxana filialları şəhid ailələrini ziyarət ediblər

XEBERTV.AZ xəbər verir ki, Xaçmaz Regional Mədəniyyət İdarəsinin Xaçmaz rayon MKS-nin Dədəli, Ləcət, Nağıoba, Susayqışlaq kənd kitabxana filialının əməkdaşları 14 fevral kitab bağışlama günü ilə əlaqədar şəhid Fərəcov Fəxrəddinin ailəsini ziyarət edib, övladlarına kitab bağışlayıblar. Dədəli kənd kitabxana filialının müdiri Dilarə Mövlanova və Ləcət kənd kitabxana filialının kitabxanaçısı Bahar Məmmədova, şəhidin övladları Fərəcov Ümud və Fərəcov Fəxrəddinə hədiyyə edilmiş uşaq ədəbiyyatından müxtəlif nağıllar oxuyub. Şəhidin xanımı Xəyalə Fərəcova belə bir tədbirin təşkil olunmasına görə öz minnətdarlığını bildirib.Şəhidin xatirəsi yad edilib. Allah bütün şəhidlərimizə rəhmət eləsin.






Sevda İsmayilova
Xaçmaz Rayon Mərkəzi Kitabxanası,İnformasiya Resurs şöbəsi