
BAKI-XEBERTV.AZ
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göyçay nümayəndəliyinin təşkilatçılığı ilə "Media və mən" adlı seminar baş tutub.
Seminar Göyçayın rəsmi mətbuat orqanı olan Göyçay İnformasiya Agentliyinin direktoru Anar Nağıyev və "Nar TV"nin baş redaktoru Gülşən Muradova tərəfindən keçirilib.
Görüş zamanı medianın və sosial şəbəkələrin gənclərin həyatındakı rolundan, habelə müharibə dövründə arxa cəbhə mübarizsində gənclərimizin media üzrərindən göstərdikləri aktiv fəaliyyətdən danışılıb.

