
Xaçmaz rayon MKS-in Uşaq Şöbəsi distant ucadan oxu saatı keçirdi.
XEBERTV.AZ xəbər verir ki, Xaçmaz rayon MKS-in Uşaq Şöbəsi kitabxananın fəal oxucularının iştirakı ilə "Hər kitab yeni bir dünyadır "adı altında distant ucadan oxu saatı keçirdi.Tədbiri keçirtməkdə məqsəd uşaqlarda mütaliə vərdişlərini formalaşdırmaq ,onların kitaba olan sevgisini bir daha artırmaqdır. Kitabxanaçı Xalidə Yarəliyeva uşaqlara "Azərbaycan nağılları"ndan "Kiçik şahzadə ","Yeddi qardaşlar ","Dəmirdiş qız "nağıllarını ucadan oxudu . Uşaqlar oxunan nağılları həvəslə dinlədilər .




Sevda İsmailova