
Xaçmaz rayon MKS-nin Qaradağlı kənd kitabxana filialı növbəti onlayn tədbir keçirdi.
XEBERTV.AZ xəbər verir ki, 24.08.2020- ci il tarixində Xaçmaz rayon MKS-nin Qaradağlı kənd kitabxana filialı virtual oxucu sorğusuna əsasən "Dil mədəniyyəti" mövzusunda kitabxanın fəal oxucuları ilə növbəti onlayn tədbir keçirdi.Öncə müxtəlif mövzularda olan ədəbiyyatından ibarət virtual kitab sərgisi nümayiş etdirildi. Daha sonra kitabxançı Rəvanə Mövsümova mövzu əsasında məlumat verərək bildirdi ki, alimlərin fikrinə görə, son 100 il ərzində 3000-dən 6000-ə qədər dili ölüm təhlükəsi gözləyir. Dilin saxlanması üçün həmin dildə ən azı 100 min insan danışmalıdır. Yer üzündə əhalinin 80%-i 7000 dildən yalnız 80 dili bilir. Qalan dillərdə əhalinin 20%-i danışır. 3,5 min dil əhalinin 0,2%-nə aiddir. Azərbaycan dili böyük inkişaf yolu keçmiş qədim dillərdən biridir. “Kitabi-Dədə Qorqud” dastanlarının dili ədəbi dilin şifahi növü kimi qəbul edilərsə, hazırda xalqa ünsiyyət vasitəsi kimi xidmət edən dilin yaşı 1300 ildən çoxdur. Azərbaycan yazılı ədəbi dilinin tarixi isə hələlik əldə olan materiallara görə 13 əsrdən başlayır.Azərbaycan ədəbi dilinin 800 ilə yaxın inkişaf tarixi iki böyük dövrə – əski və yeni dövrlərə bölünür. Əski dövr 13–17 əsrləri, yeni dövr isə 17-ci əsrdən sonrakı mərhələni əhatə edir.Bu gün hər xalqın nümayəndəsi öz dilini sevməli, qorumalıdır! Bundan əlavə isə müxtəlif xalqların dillərini öyrənməli dil mədəniyyətini inkişaf etdirməlidir. Oxucular arasında mövzuya uyğun olaraq viktorina keçirildi. Tədbir əsnasında tövsiyyə olunan kitabların internet məkanında linkləri oxuculara çatdırıldı. İştirakçılar onları maraqlandıran ədəbiyyatı əldə etdikləri üçün təşəkkürlərini bildiriblər.


Sevda İsmailova