Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Şuşa postuna qumbara atana 1000 dollar “mükafat” verilir
  • Qubadlı fatehi olan polkovnik-leytenant Vidadi Xəlilovun ildönümü ilə əlaqədar şəhərin Şəhidlər xiyabanında, məzarı önündə anım mərasimi təşkil olunub
  • Qarabağ Qazisi ÇARƏSİZ DURUMDA...
  • Sabah intensiv yağış yağacaq
  • Ermənistanda Azərbaycan və Türkiyə radiosu yayımlanır
  • Bir dövlət müəssisəsində 9 şübhəli tender müqaviləsi - FOTO
  • Qarabag əlillərinə qarşı böyük haqsızlıq.
  • Nəşi tapılan hərbçimizin şəxsiyyəti bəlli oldu - Foto
  • SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı - YÜZLƏRLƏ YOLUXMA, 14 ÖLÜ VAR
  • İcra Hakimiyyətlərində baş verən tender "maxenasiya"ları
  • ŞOK! Ailəsi ilə təhdid olunan şəxs sifarişin kim tərəfindən olduğunu bəyan etdi - VİDEO
  • Göyçayda 27 sentyabr – Anım Günü ilə bağlı ümumrayon tədbiri keçirildi
  • Öz nəfsimizin şərindən amanda olmadığımızı unutmayaq
  • Şəhid adına verilən küçə bərbad haldadır
  • Mobil operatorlarla bağlı yenilik
  • Büdcədə kəskin artım: Hökumət iki milyardı hardan yığacaq?
  • Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq
  • Paşinyandan Zəngəzur dəhlizi açıqlaması: Hazırıq!
  • Bu şəxslərə soğan yemək olmaz
  • İstəyənin əlini qaytarmayın
  • Ölümdən qaçmaq olsaydı…
  • Yoxsulları öz qonaqlığına buraxmayan varlının aqibəti
  • Ustad jurnalist - Nəriman Bəxtiyarovun əziz xatirəsinə
  • Hərbçilər, qazilər, şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar.
  • Dünyanın yeni düzəni: pisdir, ancaq çarə yoxdur
  • 24 Şub 2020, 19:21   
        1 074



    Xaçmaz rayon Mərkəzi Kitabxanasında Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar “Xocalım, şəhid yurdum”adlı ədəbi-bədii kompazisiya keçirildi.

    XEBERTV.AZ xəbər verir ki, 24 fevral 2019-cu tarixində Xaçmaz rayon Mərkəzi Kitabxanasında Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar “Xocalım, şəhid yurdum”adlı ədəbi-bədii kompazisiya keçirildi. Tədbir məktəblilərin ifasında Azərbaycan himninin oxunması ilə başladı.Xocalıda şəhid olanların xatirəsi bir dəqiqəlik sükütla yad edildi.Tədbiri giriş sözü ilə MKS-nin direktoru A.Əlifxanov açdı,Xocalı soyqırımı ilə bağlı ətraflı məlumat verdi. Ötən əsrin 1992-ci ilinin fevralında tarixdə görünməmiş qətliam baş verdi.Türkləri özlərinin əbədi düşməni hesab edən ermənilər məskunlaşdığı türk torpaqlarında insanlığa xaş olmayan vəhşiliklər törətməklə,Xocalı adlı bir yurd yerini yer üzündən sildilər,insanlar amansızlıqla qətlə yetirildilər,əsir götürüldülər,şəhər isə oda qalandı.Bu,Qarabağ müharibəsinin ən qəddar səhifəsi idi. MKS-in direktor müavini B.Məmmədov çıxışında Xocalı faicəsinin son dərəcə böyük və dəhşətli bir faciə olmasından danışdı.Ağdam istiqamətində düzlər,dərələr,dağlar, günahsız insanların cəsədləri ilə dolmuşdu.Ermənilər qadınlara və uşaqlara,qocalara və xəstələrə rəhm etmədən hamını güllələyərək süngüdən keçirmişdilər.Ötən əsrdə ermənilərin Azərbaycanlılara qarşı yönəlmiş soyqırımına ilk siyasi qiyməti 26 mart 1998-ci ildə imzaladığı fərmanla verən ümummilli lider Heydər Əliyev daha bir tarixi missiyanı yerinə yetirdi.Xocalı soyqırımının ildönümü günlərində Avropa və Qərb dövlətlərində keçirilən aksiyalarda iştirak edənlərin sayının artması Xocalı faciəsinin İsveçdə yaradılmış və virtual aləmdə geniş təbliğ olunan “Beynəlxalq Müharibə Qurbanları Memorialı”na daxil olunması da Azərbaycana dəstək kompaniyasının nümunəsidir.İstanbulun Taksim meydanınında Xocalı Qurbanlarının xatirəsinə həsr olunmuş aksiyalarda bir milyondan artıq insanının iştirakı Azərbayacanla həmrəylik numunəsi olmaqla insanlığa qarşı törədilən bütün qətliamların pislənməsi deməkdir. Tədbirdə 3və 7 saylı orta məktəbin şagirdlərinin və Qalağan kənd kitabxana filialının fəal oxucularının ifasında Xocalıya həsr edilmiş şeirlər söylənmiş, səhnəciklər göstərilmişdir.“Tumucuq” yaradıcılıq studiyasının hazırladığı “Bir gecənin müsibəti “adlı tamaşa nümayiş olunmuşdur.Tədbirdə İnformasiya-resurs şöbəsinin hazırladığı Xocalı soyqırımına həsr olunmuş sənədli film nümayiş olundu. Tədbirin sonunda “Xocalı soyqırımı və erməni riyakarlığı” başlığlı sərgiyə baxış keçirildi.








    SEVDA İSMAİLOVA
    loading...