Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Şuşa postuna qumbara atana 1000 dollar “mükafat” verilir
  • Qubadlı fatehi olan polkovnik-leytenant Vidadi Xəlilovun ildönümü ilə əlaqədar şəhərin Şəhidlər xiyabanında, məzarı önündə anım mərasimi təşkil olunub
  • Qarabağ Qazisi ÇARƏSİZ DURUMDA...
  • Sabah intensiv yağış yağacaq
  • Ermənistanda Azərbaycan və Türkiyə radiosu yayımlanır
  • Bir dövlət müəssisəsində 9 şübhəli tender müqaviləsi - FOTO
  • Qarabag əlillərinə qarşı böyük haqsızlıq.
  • Nəşi tapılan hərbçimizin şəxsiyyəti bəlli oldu - Foto
  • SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı - YÜZLƏRLƏ YOLUXMA, 14 ÖLÜ VAR
  • İcra Hakimiyyətlərində baş verən tender "maxenasiya"ları
  • ŞOK! Ailəsi ilə təhdid olunan şəxs sifarişin kim tərəfindən olduğunu bəyan etdi - VİDEO
  • Göyçayda 27 sentyabr – Anım Günü ilə bağlı ümumrayon tədbiri keçirildi
  • Öz nəfsimizin şərindən amanda olmadığımızı unutmayaq
  • Şəhid adına verilən küçə bərbad haldadır
  • Mobil operatorlarla bağlı yenilik
  • Büdcədə kəskin artım: Hökumət iki milyardı hardan yığacaq?
  • Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq
  • Paşinyandan Zəngəzur dəhlizi açıqlaması: Hazırıq!
  • Bu şəxslərə soğan yemək olmaz
  • İstəyənin əlini qaytarmayın
  • Ölümdən qaçmaq olsaydı…
  • Yoxsulları öz qonaqlığına buraxmayan varlının aqibəti
  • Ustad jurnalist - Nəriman Bəxtiyarovun əziz xatirəsinə
  • Hərbçilər, qazilər, şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar.
  • Dünyanın yeni düzəni: pisdir, ancaq çarə yoxdur
  • 21 Şub 2020, 19:07   
        521




    Xaçmaz rayon Mərkəzi Kitabaxanasının oxu zalında “Beynəlxalq Ana dili Günü” münasibətilə tədbir keçirildi.
    XEBERTV.AZ xəbər verir ki, 21-fevral 2020-ci il tarixində Xaçmaz rayon Mərkəzi Kitabaxanasının oxu zalında “Beynəlxalq Ana dili Günü” münasibətilə tədbir keçirildi.Tədbiri giriş sözü ilə MKS-nin direktoru A.Əlifxanov açaraq tədbir iştirakçılarına Ana dilimizin zənginliyindən söz açdı.O, qeyd etdi ki, ana dilimiz milli varlığımızdır.Dil hər xalqın maddi və mənəvi irsini qoruyan ,inkişaf etdirən çox mühüm vasitədir.Milli kimliyimizin ,genetik mənsubiyyətimizin ifadəsi olan ana dilimizi qoruyub yaşatmaq tarixin müxtəlif dönəmlərində Azərbaycanın ziyalı övladlarının böyük məqsədi,uca amalı olmuşdur.Ümumiyyətlə, Azərbaycan dilinin dövlət statuslu dillər arasında olmasına görə ,bu dilin mənəvi dirilik atributuna çevrilməsi yolunda Azərbaycan ziyalıları-şair,yazıçı,dramaturq və dilçiləri,həmçinin siyasi xadimləri,dövlət adamları müstəsna xidmətlər göstərmişlər.Onlar ana dilimizin dəyərini bilib,özlərindən sonrakı nəsillərə də bunu tövsiyə ediblər.Sonra çıxış edən Metodika və biblioqrafiya şöbəsinin müdiri Z.Məmmədov ulu öndərimiz H.Əliyevin ana dilimizə verdiyi yüksək qiymətdən danışdı.Ümummilli liderimiz çıxışlarının birində qeyd etmişdir ki; “Hər bir xalqın milliliyini,mənəvi dəyərlərini yaşadan,inkişaf etdirən onun dilidir.Mən keçmişdə demişəm, bu gün də deyirəm,şəxsən arzum ondan ibarətdir ki,hər bir azərbaycanlı çox dil bilsin.Ancaq birinci növbədə öz ana dilini yaxşı bilsin.Bizim çox gözəl,zəngin ,cazibədar dilimiz var.Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”.Daha sonra çıxış edən Nuriyeva Xalidə milli varlığımız olan ana dilimizin müqəddəsliyindən,onu göz bəbəyimiz kimi qoruyub gələcək nəsillərə çatdırmağın da indiki nəslin üzərinə düşdüyündən bəhs etdi.Tədbirdə Mehman Babayev adına 1 saylı orta məktəbin şagirdləri Həyat,Məleykə,Turan,Zəhra,Nihad dil haqqında məlumat verdilər.Ana dilinə həsr olunmuş şeirlər söylədilər.Sonda tədbir iştirakçıları “Azərbaycan dili xalqımızın mənəvi sərvətidir” adlı sərgi ilə tanış oldular.








    Sevda İSMAİLOVA
    loading...