Xəbər lenti
Axtar
18 Oca 2020, 16:14   
    834




XEBERTV.AZ xəbər verir ki, 17 Yanvar 2020-ci il tarixində Xaçmaz rayon MKS-in Yergüc kənd kitabxana filialında “Onlar azadlıq və müstəqillik yolunda şəhid oldular” mövzusunda anım günü keçirildi. Tədbiri giriş sözü ilə kitabxana filialının müdiri T. Qürbətova açdı. Tədbirin əvvəlində şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Tamilla Qürbətova çıxış edərək bildirdi ki,20 Yanvar Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədildi. Bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, azadlıq istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların altında əzmək idi. Sovet imperiyası günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola bilmədi. Bu il xalqımız 20 Yanvar hadisələrinin 30-cu ildönümünü qeyd edir, igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla yad edir.20 Yanvar müstəqilliyimizdir. Sonda məktəblilər 20 yanvar şəhidlərinə həsr olunmuş şerlər söylədilər və sərgi ilə tanış oldular.






Hazırladı Sevda İsmailova
loading...