
Xaçmaz rayon Mərkəzi kitabxanasının oxu zalında “Bayrağımız and yerimizdir” adlı tədbir keçirildi.
XEBERTV.AZ xəbər verir ki, 6 noyabr 2019-cu il tarixdə Xaçmaz rayon Mərkəzi kitabxanasının oxu zalında Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr edilmiş “Bayrağımız and yerimizdir” adlı tədbir keçirildi. Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başladı. Tədbiri giriş sözü ilə MKS-nın direktoru A.Əlifxanov açdı.O, öz çıxışında Azərbaycanın Dövlət Bayarağının yaranma tarixindən danışdı.Müstəqil Azərbaycan Respublikasının Dövlət atributlarından biri olan Azərbaycan Bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edildi.Üçrəngli bayrağımız 1920- ci ilin aprelinə kimi dövıət rəmzi kimi istifadə olundu.Tariximizin Sovet mərhələsində isə Azərbaycan SSR-nin bayrağı ilə əvəz olundu.1990-cı il noyabrın 17-də Sovetlər birliyinin mövcud olduğu bir dövrdə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada üçrəngli bayrağımız Naxçıvan Muxtar respublikasının dövlət bayrağı kimi təsdiq edildi və rəsmi olaraq Azərbaycan Respublikasında ilk dəfə Naxçıvanda dalğalandı.MKS-nin direktor müavini B.Məmmədov öz çıxışında qeyd etdi ki,Azərbaycan Dövlət Bayrağı Müstəqilliyimiz rəmzidir və hər birimiz üçün müqəddəsdir, ona hörmətlə yanaşmalıyılq.Heydər Əliyevin sözləri ilə desək “Azərbaycan Dövlət Müstəqilliyini təmsil edən Azərbaycan Bayrağına qarşı hər bir uşaqda,hər bir yeniyetmədə müqəddəs daxili hissiyat olmalıdır.Bayraq sadəcə elə bayraq deyil,o bizim dövlətçiliyimizin,müstəqilliymizin rəmzidir.Hər bir evdə gərək Azərbaycan Dövlət bayrağı olsun.Hər bir ailə gərək Azərbaycan bayrağına itaət etsin.Metodika və biblioqrafiya şöbəsinin müdiri Z.Məmmədov öz çıxışında qeyd etdi ki, Prezident İlham Əliyev 2009-cu il 17 noyabr tarixli sərncamı ilə noyabr ayının 9-nu Azərbaycanda Dövlət Bayrağı Günü elan etmişdir.İ.Əliyev demişdir “Bizim Bayrağımız bizim qurur mənbəyimizdir.Bu gün Azərbaycanın hər yerində Azərbaycan bayrağı dalğalanır.Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəndən sonra,bizim dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaq.Bizim bayrağımız Dağlıq Qarabağda ,Xankəndində,Şuşada dalğalanacaq.”Sonda “Bayarğımız qürur mənbəyimizdir”adlı sərgiyə baxış keçirildi.
Hazırladı:Sevda İsmailova

