Xəbər lenti
Axtar
29 Mayıs 2018, 06:18   
    1 167
“Xocalı Soyqırımını Tanıtma” ictimai birliyi yubiley tədbiri keçirib +

“Xocalı Soyqırımını Tanıtma” ictimai birliyi yubiley tədbiri keçirib +






“Xocalı Soyqırımını Tanıtma” ictimai birliyi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar tədbir keçirib. Tədbir iştirakçıları öncə Şəhidlər Xiyabanını və Türk şəhidliyi Kompleksini ziyarət ediblər. İraq Türkmən Cəbhəsi nümayəndələrinin, ölkəmizdə fəaliyyət göstərən QHT əməkdaşlarının, ziyalıların, media nümayəndələrinin, Qarabağ qazilərinin, tələbə-gənclərin qatıldığı tədbir Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Səbayel rayon şöbəsinin akt zalında davam etdirilib.



Tədbiri açıq elan edən “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri Şamil Sabiroğlu qonaqları salamladıqdan sonra Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti haqqında ətraflı məlumat verib.



Sonra “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyi sədrinin müavini Dilbər Sultanova, Birliyin Qadınlar Şurasının sədri Ayna Allahyarqızı, “Dünya Gənc Türk Yazarlar” birliyinin qurucusu Əkbər Qoşalı, Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondunun sədri Ədalət Məhərrəmov, “Qürur” Şəhid Ailələri Xeyriyyə ictimai birliyinin sədri, şəhid Milli Qəhrəman Səfiyar Behbudovun bacısı Naibə Behbudova, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, şairə Güləmayıl Murad, “djb.az”saytının rəhbəri Almaz İlahə Əhmədova, “dunyaxeber” İnformasiya agentliyinin rəhbəri Dünyaxanım Əliyeva, “Talk TV” İnternet Televiziyasının icraçı direktoru Mehriban Sadıqova, FHN-nin əməkdaşı, əməkdar jurnalist, polkovnik Hikmət Xudiyev, Ağdamın tanınmış ziyalılarından olan Saleh Məmmədov, şəhid Mahir Mirzəyevin atası Sabir müəllim, şairə Gilə Bayramova, “Aşıq Pəri Məclisi”nin üzvü, şairə- bədii qiraət ustası Aida Gülzar, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin İdarə heyətinin üzvü, Xocalı rayonunun Kərkicahan qəsəbəsindən məcburi köçkün Nazim Hüseynov, İraq Türkmən cəbhəsi Mətbuat xidmətinin rəhbəri Turqut Hürmüzlü, İraq Şəhidlər biriyinin rəhbərinin köməkçisi Nazim Takı və başqaları çıxış edərək Azərbaycan tarixində 23 ay fəaliyyət göstərən AXC dövrünün mühüm əhəmiyyətindən, həmin dövrün hadisələrindən geniş söhbət açıblar. Tədbirdə həmçinin Qarabağ mövzusu ətrafında da fikir mübadiləsi aparılıb, şəhidlərimiz anılıb, onların əziz xatirəsinə ehtiram əlaməti olaraq bir dəqiqəlik sükutla yad edilib.





Tədbirin sonunda xatirə şəkilləri çəkdirilib, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri, Qarabağ qazisi, “Tərəqqi” medalı mükafatçısı Şamil Sabiroğlu və tədbirin keçirilməsinə məsul olan şəxs, birliyin Humanitar şöbəsinin müdiri Dilbər xanım Sultanova qonaqlara tədbirdə iştiraklarına görə minnətdarlıqlarını bildiriblər.



modern.az
loading...