Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Şuşa postuna qumbara atana 1000 dollar “mükafat” verilir
  • Qubadlı fatehi olan polkovnik-leytenant Vidadi Xəlilovun ildönümü ilə əlaqədar şəhərin Şəhidlər xiyabanında, məzarı önündə anım mərasimi təşkil olunub
  • Qarabağ Qazisi ÇARƏSİZ DURUMDA...
  • Sabah intensiv yağış yağacaq
  • Ermənistanda Azərbaycan və Türkiyə radiosu yayımlanır
  • Bir dövlət müəssisəsində 9 şübhəli tender müqaviləsi - FOTO
  • Qarabag əlillərinə qarşı böyük haqsızlıq.
  • Nəşi tapılan hərbçimizin şəxsiyyəti bəlli oldu - Foto
  • SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı - YÜZLƏRLƏ YOLUXMA, 14 ÖLÜ VAR
  • İcra Hakimiyyətlərində baş verən tender "maxenasiya"ları
  • ŞOK! Ailəsi ilə təhdid olunan şəxs sifarişin kim tərəfindən olduğunu bəyan etdi - VİDEO
  • Göyçayda 27 sentyabr – Anım Günü ilə bağlı ümumrayon tədbiri keçirildi
  • Öz nəfsimizin şərindən amanda olmadığımızı unutmayaq
  • Şəhid adına verilən küçə bərbad haldadır
  • Mobil operatorlarla bağlı yenilik
  • Büdcədə kəskin artım: Hökumət iki milyardı hardan yığacaq?
  • Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq
  • Paşinyandan Zəngəzur dəhlizi açıqlaması: Hazırıq!
  • Bu şəxslərə soğan yemək olmaz
  • İstəyənin əlini qaytarmayın
  • Ölümdən qaçmaq olsaydı…
  • Yoxsulları öz qonaqlığına buraxmayan varlının aqibəti
  • Ustad jurnalist - Nəriman Bəxtiyarovun əziz xatirəsinə
  • Hərbçilər, qazilər, şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar.
  • Dünyanın yeni düzəni: pisdir, ancaq çarə yoxdur
  • 01 Şub 2018, 16:38   
        757
    Dəmiryolçular Şəhidlər muzeyini ziyarət etdilər





    “Azərbaycan Dəmir Yolları”ASC-nin sədri, Milli Məclisin deputatı Cavid Qurbanovun tapşırığına əsasən bir qrup dəmiryolçu “Həqiqət”tarixi araşdırmalar ictimai birliyinin nəzdində fəaliyyət göstərən Şəhidlər Muzeyini ziyarət etdi. “2 fevral-Azərbaycan Gənclər günü” ilə əlaqədar təşkil edilən görüşü “Həqiqət”tarixi araşdırmalar birliyinin sədri, Qarabağ qazisi “General Əli bəy”- Əlövsət Qasımov açdı. Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Əli müəllim Birliyin fəaliyyəti haqda məlumat verdi. Bildirdi ki, fəaliyyət göstərdiyimiz 7 il ərzində böyük uğurlara imza atmışıq. İndiyədək Muzeyi 9 min nəfərdən çox insan ziyarət edib.Bunların arasında Respublika Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev, Milli Məclisin deputatları Xanhüseyn Kazımlı, Aydın Mirzəzadə, Məlahət Həsənova, Adil Əliyev,Tahir Rzayev, Azər Badamov, Aydın Hüseynov, Respublika Aviasiya Akademiyasının Hüquq Kafedrasının müdiri, Hüquq elmləri doktoru, Prof.Aydın Qasımov, Akademik Vəli Əliyev, Respublikanın Xalq artisti Flora Kərimova, Respublikamızın baş Onkoloqu, Prof., Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli, “Bakı” Göz Klinikasının qurucusu, T.e.d.Prof. Kərəm Kərimov, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri, Qarabağ qazisi Şamil Sabiroğlu, “Yeni Yurd”Sosial İnkişaf ictimai birliyinin sədri Mahirə Əsədova, “Qafqazmedia” ictimai birliyinin sədri Hacı Azadə -Taleh Abbaszadə və başqaları var.
    Respublika Ədliyyə Nazirliyi Dövlət Penitensiar Xidməti rəisinin sabiq müavini, ehtiyatda olan Ədliyyə polkovniki Niyazi Məmmədov, "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin sədri, "Tərəqqi"medalının mükafatçısı, Qarabağ qazisi Şamil Sabiroğlu, Zəngilan rayon İcra Hakimiyyətinin sabiq Başçısı, Zəngilan rayonundan məcburi köçkün Ələkbər Həşimov, "Həqiqət" tarixi araşdırmalar ictimai birliyinin icraçı direktoru, şəhid bacısı Rumanə Əmirəliyeva, "Azərbaycan dəmiryolçusu" qəzetinin müxbiri, şəhid Etibar Əliyevin atası Allahverdi Əliyev ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olmuş hər bir insanın xatirəsinin hamımız üçün əziz olduğunu diqqətə çatdırdılar.
    "Azərbaycan DəmirYolları"ASC-nin nümayəndəsi Məhərrəm Əliyev rəhbərliyin salamlarını "Şəhidlər muzeyi"nin kollektivinə çatdırdı.
    Daha sonra Muzeyə baxış oldu.

    Şamilə Şamilqızı,
    Aynurə Məmmədova.


    Dəmiryolçular Şəhidlər muzeyini ziyarət etdilər
    Dəmiryolçular Şəhidlər muzeyini ziyarət etdilər
    Dəmiryolçular Şəhidlər muzeyini ziyarət etdilər
    Dəmiryolçular Şəhidlər muzeyini ziyarət etdilər

    Fotolar: Elbrus Vətən oğluna məxsusdur.
    Bakı, 02.02.2018.
    loading...