Xəbər lenti
Axtar
Ən çox oxunan
  • İran qorxdu: Rəisidən nə gözlənirdi, nə dedi... - Tarasov
  • Bakı və İrəvanın bu qərarı bizi çətin vəziyyətə saldı
  • Akar dəvət etdi, Zakir Həsənov Türkiyəyə getdi
  • Bu şəxsləri 15 ilədək həbs gözləyir
  • Keçmiş MTN generalı barəsində hökm dəyişdirildi
  • Azərbaycanın quru sərhədlərini açmamasının əsl səbəbi
  • AZAL Barselonaya reysləri bərpa edir
  • Türkmənistandan səfirliyimizə hücumla bağlı açıqlama
  • Belarus Azərbaycana başsağlığı verdi
  • Sülhməramlıların 45 maşını aksiya ərazisindən keçdi
  • Prezident: "Sülhməramlıların müvəqqəti yerləşdirildiyi ərazilərdə faydalı qazıntıların qanunsuz istismarı dayandırılmalıdır"
  • Naxçıvanın müdafiə potensialı gücləndiriləcək
  • Günəş enerjisi kitab təqdimatı
  • Vasif Talıbovun xidməti maşını və mühafizəsi əlindən alındı
  • Azərbaycanda yeni medal təsis olunur
  • Bakı Metropoliteni sıxlıqla bağlı məlumat yaydı
  • Leyla Abdullayeva “Le Monde” qəzetini tənqid etdi
  • Türkmənistan prezidenti MM spikerini təltif etdi
  • Rasim Məmmədova bəraət istənildi
  • Vilayət Eyvazov yeni rəis təyin etdi
  • Naxçıvandakı əməliyyatla bağlı Talıbovun mövqeyi bilindi
  • Ərdoğan azərbaycanlı yazıçıya mükafat verdi
  • DİM nazirlikdə bu müsahibələri ləğv etdi
  • Azərbaycanın xarici siyasət strategiyasında dövlətlərarası əməkdaşlıq və dostluq prinsipləri üstünlük təşkil edir
  • İrəvan dəhlizə qarşıdır: Bakı bu addımı atacaq – Erməni professor
  • 04 May 2019, 02:45   
        1 082
    Mətanətin qızı AĞIR QƏZAya düşdü: gözü cırıldı - Maşın TIR-la toqquşub - FOTO

    Mətanətin qızı AĞIR QƏZAya düşdü: gözü cırıldı - Maşın TIR-la toqquşub - FOTO

    Əməkdar artist Mətanət İsgəndərlinin qızı ağır avtomobil qəzası keçirib.

    XEBERTV.AZ xəbər verir ki, xanım sənətçi "Hər şey daxil"də qızının qəza xəbərindən danışıb.

    Mətanət İsgəndərli ailə üzvlərinin qızının qəzaya düşmə xəbərini ondan gizlətdiklərini qeyd edib:

    "Atam, bacım, gəlinimiz, Kərim bilirdi. Hətta məndən gizlin gedib qurban kəsiblər. Mənə deməyiblər!

    Mənim balam oradan sağ çıxıb. Qızım qabaqda oturub. Amma sürücüyə heç nə olmayıb. Kürəkənimin dostunun yoldaşı olub rolda. Antalyaya gedirlərmiş. Böyük yük maşını, TIR-lardan olub, bunlar da 140-la gedirmiş. Gəlib vurub Ülkər tərəfdən. Qız maşın sürə-sürə "Redbull" açırmış. Qızım özü də sürücüdür. 14 ildir də maşın sürür. Deyir "Bəlkə də Allah məni saxladı".
    Mətanətin qızı AĞIR QƏZAya düşdü: gözü cırıldı - Maşın TIR-la toqquşub - FOTO
    Yuxularım... Sonra deyirlər ki, yuxular düz deyil. Yuxumda gördüm ki, qara it üstümə gəldi. Həmin ərəfədə Ülkər qəzaya düşüb. Nə şar açılıb, nə də kəməri bağlı olub. Gözü buradan (kipriklə qaşın arasını göstərir) cırılmışdı. Göz qapağı gəlib gözün altına düşmüşdü.

    Neçə vaxtdır görürəm mənimlə görüntülü danışmır. Deyirəm "Ay Ülkər, məmnimlə niyə görüntülü danışmırsan?" Cavab verirdi ki, "Telefonum xarab olub". Deməli, uşağın üzü-gözü nə gündə. Gözünü əməliyyat ediblər.

    Nəsə hiss elədim ki, mənə tez-tez "Mama, gəl-gəl" deyir. Toylar qurtaran kimi getdim Türkiyəyə. Gedənə yaxın Ülkər mənə dedi ki, "Mama, hovuzun qırağında yıxılmışam. Üz-gözümü görsən qorxma". Gedəndə görürəm Engin də (Qızı Ülkərin həyat yoldaşı) pərt kimidir. Axırda dedi ki, "Ay mama, mən qəzaya düşmüşəm". Vay! Əgər onu mənə Bakıda desəydi, bəlkə də mən ölərdim, bəlkə paralic vurardı məni, bəlkə insult keçirərdim. Mən həyəcanlanan kimi mənim təzyiqim qalxır. Mənə deməyib, neçə gün xəstəxanda yatıb".

    Təhməz Təkin
    Milli.Az
    loading...