Xəbər lenti
Axtar
28 Ağu 2018, 06:15   
    1 173
Bu dəfəki müsahibimlərim Papa mənədə maşın al mahnısıyla məhşurlaşan Orxan Eşqin və İlqar Dənizdir.
İlk addımlarınızı nə vaxt atdınız?
-İlqar Dəniz:Özüm musiqiçi,pianist olmuşam.Məktəb illərində musiqi təhsili almışam.Ailəmizdə qardaşım rəqs ansamblının solisti olub.Əvvəllər toylara gedirdim.O vaxtlar meyxanıçılarla əlaqəm var idi.Sonralar toylardan yoruldum çünki indiki dövrdə musiqiçiyə dəyər verən yoxdur.Toylarda biri içir biri ağzının danışığını bilmir.Bir az sonra studiya işinə marağım artdı.Bu işi öyrənməyə başladım,avadanlıq aldım.İlk vaxtlar maddi çətinliklər vardı.Səs rejissorunun aranjımançı kimi işləməyə başladım.O vaxtlar Orxan Eşqin studiyaya gəlirdi və beləcə bizim tanışlığımız başladı.Sonralar Orxan Eşqinlə köməkləşib studiya avadanlıqları aldıq..Orxana dedim aranjimana pul verməyəcən studiyamızıda gəl oxu mən aranjimanın edəcəm və beləcə işi qurduq.2012-ci ildə Orxan Eşqin Sevməyəcəm adlı mahnı yazdı.Mahnını oxuduq və uğurlu alındı.
Bəs Orxan mahnı kimə yazılmışdı
-Heç kimə.Bədahədən gəldi yazdım.İlqar aranjiman elədi və duet şəklində ifa etdik.
Meyxanaya necə başladın?
-İlqar Dəniz:Əvvəllər musiqili meyxana oxumaq fikrimdə yox idi.O qədər meyxanaçıyla münasibətim vardı,istər istəməz məndə bu janra yönəldim.Başladım meyxana yazmağa,bu işin incəliklərini öyrəndim.Yazdığım meyxanaları Orxana göstərdim.Səhvləri,qafiyə düzülüşünü göstərirdi.Belə-belə başladım oxumağa.İndi meyxana demirəm.Orxanla ancaq mahnılar yazırıq.
İlk başlayanda tənqid eliyənlər oldumu?
İlqar Dəniz:Təbii ki,oldu.Düzdür yaxınlardan tənqid eləyənlər olmayıb.Ən çox kənardan olurdu.Düşünürəm ki,tənqidlər insanı inkişaf etməyə vadar edir.
Sevəcəyəm mahnısından sonra hansı mahnılar ərsəyə gəldi
İlqar Dəniz:2013-cü ildən 2015-ə kimi demək olar Orxanla mənim mahnılarım populyar oldu.
Səncə yadda qalan mahnınız hansı olub
İlqar Dəniz:Ən yadda qalan,uğurlu mahnımız Papa mənədə maşın al olub,çünki bu mahnını yazanda fikirləşmədik ki,bunu cavanda,qocada qulaq asar.Düşünürdük ki,mahnıya qulaq asan kütlə cavanlar olacaq.Yolda gedəndə fikirləşdik bu qafiyəni.Studiya gəldik hələ sözləri yazılmamışdı.Gördüm bu adi deyişmə kimi alınır.Biraz kontalaşdırıb,musiqiləşdirdim,gördüm xoşagələn alınır.Sonra bunun üzərində başladım sözlərini yazmağa.Biraz düzəlişlər etdik.Aranjiman tam hazır olandan sonra oxuduq.Sonra saytlara verdik.Üstündən 1 həftə keçmişdi,Orxanla maşında yol gedəndə gördük mahnı şəhərdə yayılıb.
Maraqlısı budur ki,biz mahnını gənc kütlə üçün yazmışdıq,ancaq 5 yaşından 60 yaşa kimi auditoriya tərəfindən sevildi.Sonra gözü götürməyənlər silməyə çalışdılar,bir yutub kanalında silindi.6 milyonluq baxışı olan mahnı silindi.Yenidən yükləndi 4 milyon yenə yığdı.Bu mahnıdan sonra sənətə maraq birazda atdı.Ondan sonrada mahnılarımız çıxdı.Hətta bəzi mahnılara görə problemdə yaşamışıq.
Orxan bəs sən bu qədər maraq olacağını gözləyirdin ?
Mən mahnının bu qədər səs salacağını gözləmirdim.10 gün ərzində mahnı 1 milyon baxışı keçdi.Artıq 1 ay ərzində 4 milyon idi.
Bəs bu mahnıdan sonra hansıları yazdınız
İlqar Dəniz:Məsələn Qız tuturam mahnısı olub.Düzdür,bu mahnını qınayanlarda olub ancaq elə qınayanların özləri də qulaq asırdılar.
Elə mahnılar var mental dəyərlərə görə qınanır.Buna münasibətin necədir.
İlqar Dəniz:Replərimiz varki,biyabırçı günündədir,adam qulaq asmaq istəmir.Düşünürəm ki,mentalitet sənətə qarışmamalıdır.Musiqinin sonu yoxdur daim inkişaf edir.
Meyxanaçı olaraq kimləri bəyənirsən
İlqar Dəniz:Həm söz həm musiqi həmdə aranjiman tərəfdən Aydın Sanini bəyənirəm.
Bəs Orxan sən kimləri bəyənirsən?
Aydın Sani və Namiq Qaraçuxurulunu bəyənirəm.
Bəs sevmədiyin sənət adamları var
İlqar Dəniz:Ad çəkmək istəmirəm.Ümumiyyətlə sevmədiyim müğənnilərin mahnısına qulaq asmıram.
Bəs gündəmə gəlmək üçün özünü reklam edənlər haqqında nə düşünürsən
2 il bundan qabaq Orxanla birlikdə verlişlərin birinə çıxmışdıq.Aparıcı İlqar Mikayıloğlu soruşduki özünüzü reklam eləməyə çıxmısız.Mən ona dedimki bizim reklama ehtiyacımız yoxdur.Bizim sosial şəbəkələrdə kiyafət qədər izləyicimiz var.
Əsasən hansı janrlara üstünlük verirsən
İlqar Dəniz:Bizim 200-dən çox mahnımız var.Bir çox janrdan var.Sevgiyə,ayrılığa aid mahnılarımız var Ümumiyyətlə hər mövzuda mahnı yazmışıq.Hətta Şəhidlərə aid də mahnı var.Lakin təəssüf ki,bu mövzuda yazdığımız mahnıların baxış sayı azdı.Məişətə aid olan mahnılar daha çox dinlənilir.
Sənət adamlarından aranjimanla bağlı sənə müraciət olubmu
İlqar Dəniz:Dostumuz Əli Dünya var o müraciət edib.Toya aid şən bir mahnı olub.Çox adama mahnı yazmışıq.Pulunu verəndə deyir ki,adını çəkməyəcəm.
Sənətə yeni başlayanlara tövsiyyələrin nələrdir?
Onlar mənim xarakterimdə olsalar irəli gedə bilməyəcəklər çünki şou biznes üzdə olmağı,sıltağlığı sevir.
Gələcəkdə xanım sənətçilərlə duet gözlənilirmi?
İlqar Dəniz:Onu gələcək göstərəcək.Ancaq qadın müğənnilərdən Xumar Qədimovayla oxumaq istərdim.Onun ifa tərzində axıcılıq var.
Bəs gələcəkdə sənətlə bağlı hansı planların var
İlqar Dəniz:Hərbi xidmətdən qayıdan kimi bizim Rusiyada Anar Bayramov adlı bir dostumuz var.İnşAllah üç nəfər birləşib böyük proyektlərə imza atacağıq.Yeni mahnılar olacaq.Mütləq bir klip ərsəyə gələcək.Düzdür hərbi xidmətə getməmişdən qabaq Anar Bayramova,bizim dostumuz Elnura klip çəkmişəm.Təzə mahnım var qismət olsa klip çəkəcəm.
“Xumar Qədimovanın ifa tərzində axıcılıq var”meyxanaçı İlqar Dəniz


loading...