Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Ermənilər Laçını minalayır: Bakı NƏ ETMƏLİDİR?
  • Zəngilanın baş planı açıqlandı
  • Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyinin rəhbərliyi Balakən rayonunda işgüzar səfərdə olub
  • Bu gün milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin doğum günüdür
  • NASA astronavtı kosmosda torpaqsız bitki yetişdirdi
  • Mehriban Əliyevadan Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
  • Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi - FOTO
  • Türk dünyası ilə bağlı dərsliklər qəbul edildi - FOTO
  • Xaricdə təhsil almaq istəyənlərin nəzərinə...
  • İlham Əliyev: "Özbək və Azərbaycan xalqları bir yumruq kimi birlikdə olacağıq"
  • Şok iddia: ölülərlə danışmaq mümkün olacaq
  • Xaricdən idarə olunan feyk hesablarla şantaj halları var - XƏBƏRDARLIQ
  • İlkin Süleymanovun məhkəməsi: Nərmin Quliyevanı sonuncu dəfə görən şahid DANIŞDI
  • Rövşən Əkbərovun səhhətində PROBLEM YARANDI
  • ŞƏHİD İLQAR VERDİYEVİN "ANDINA SADİQ OĞUL"FİLMİNİN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLİB
  • "Əziz Şuşa, Sən Azadsan!".
  • Fitrə zəkatı nə qədər verilməlidir? - Video
  • İlham Əliyev Emmanuel Makronu təbrik etdi
  • “WhatsApp”a yeni funksiya əlavə edilib - Gizli fotolara giriş...
  • Soyqırımdan danışanlar Xocalıya baxsınlar – Hulusi Kılıç
  • "Azərbaycan-Türk Xalqları Qardaşlığı" İctimai Birliyinin fəaliyyətindən bəhs edən jurnalın təqdimatı keçirildi
  • Dünya azərbaycanlılarının Şuşa Zirvəsi: Diasporumuzun tarixi inkişaf yolu
  • Qədr gecələri nə vaxtdır? - QMİ
  • Deputat: "Operativ Qərargahdan xoş xəbərlər veriləcək" - VİDEO
  • Azərbaycanla 10 mühüm saziş imzalandı - Japarov
  • 26 May 2022, 23:01   
        338
    Ağamalıya gülün, ağlamalı günləriniz qabaqdadır

    Ağamalıya gülün, ağlamalı günləriniz qabaqdadır
    BAKI-XEBERTV.AZ
    26 İyun 2022

    Millət vəkili Fəzail Ağamalının gilasın 8 manata olmasına özünəməxsus şəkildə etirazı günlərdir sosial şəbəkələrdə “gülüş obyektinə” çevrilib, hətta klounlar da harda bişdiyini bilmədikləri bu məsələyə öz ağıllarına və səviyyələrinə uyğun “kliplər” həsr edirlər.

    Mövzu tapıblar sanki – çox istedadsızdırlar: söhbətin mahiyyətinə varmadan, yalnız şit gülüş və qeyri-ciddi başqatma ilə məşğuldurlar. Sənətçisi, ziyalısı belə olanın “zəhmətkeşi” də rayondan gilas alıb, MM-in qarşısına “tiktok”lamağa gələn olacaq...

    Fəzail Ağamalı bu ölkədə nazir müavini və nazir əvəzi olan şəxsdir: hərəkatdan gəlib, illərdir millət vəkilidir, partiya sədridir. Guya kim bilmir ki, onun 8 deyil, 80 manata da gilas almaq imkanı var!

    Ancaq Fəzail Ağamalı nə etdi? Durdu, gəldi, sadə vətəndaşın yanında dayandı və vəziyyətin dramatikliyini daha sərt, açıq, aydın şəkildə göstərmək üçün mübaliğədən istifadə etdi; sadə vətəndaşın yanında dayanıb, hökuməti, Bakı merini, kənd təsərrüfatı nazirini və s. ittihamladı.

    Kişi kimi, mərd-mərdanə sizin yanınızda durub, Eldar Əzizova, İnam Kərimova qarşı sinəsini qabağa verdi, onlara vəziyyətin çox ciddi olduğunu izah etdi – şişirtmə ilə, mübaliğə ilə.

    Şişirtmə, mübaliğə bilirsinizmi nədir?

    “Dağ boyda kişi” olurmu? Adam da dağ boyda olar? Bəs niyə “dağ boyda kişi” deyirik?

    Kişinin əzəmətini göstərmək üçün! Buna deyirlər fikri izah etmək üçün istifadə edilən mübaliğə, bənzətmə, şişirtmə, metafora – başa düşdünüz?

    Başa düşmədiniz, başa düşsəniz, bir millət vəkilinin 8 manata gilas ala bilmədiyini deməsini sözün hərfi mənasında qanıb, bu qədər şou göstərməz və özünüzü əbləh yerinə qoymazdınız.

    Adamları sizin yanınızda olduğuna, sizin dərdinizi dediyinə, sizin ağrılarınızı öz üzərlərində hiss etdiklərini göstərdiklərinə peşman edirsiniz.

    Nə düşmüşdü Fəzail Ağamalıya ki, sizin səviyyənizə - sözün hər mənasında – enib, yekə-yekə məmurlara bu bahalığa son qoymaq üçün çağırış edəydi?

    Gərək sizi vecinə almayaydı, adam yerinə qoymayaydı, mövsüm meyvələrinin bahalığından şikayət etməyəydi, mövsüm meyvələrini monopoliyaya götürüb, milyardlar qazananlara, yalançı yarmarkalar keçirib, gözdən pərdə asmaq istəyən vicdansızlara qarşı çıxmayaydı. Həm o yekələrlə düşmən olacaq, həm də qeyri-ciddi, sözqanmaz klounların məsxərə obyektinə çevriləcək? Kimə lazımdır bu?

    Hər zaman belə olmusunuz – məmurunuzu da, deputatınızı da özünüzdən bu cür uzaqlaşdırmısınız. İndi hansı deputat sizi müdafiə edəcək? Hansı deputat sizin acılarınızı öz acısı kimi ifadə edib, Eldar Əzizova meydan oxuyacaq? Elə Eldar müəllimi müdafiə edib, daha bir güzəşt qazanar da. Niyə sizi müdafiə edib həm məmurlarla dalaşmalı, həm də sizin mənhus ağzınıza düşməli, kefi pozulmalı, yanıb-yaxılmalıdır!

    Bir müddət əvvəl Dilçilik İnstitutu meymunçiçəyi xəstəliyinin adının yazılış qaydası ilə bağlı açıqlama yayanda da belə hoydu-hoyduya başlamışdınız. Dilçilik İnstitutu bəlkə də son bir ildə ilk dəfə idi ki, vəzifəsini yerinə yetirirdi və bu sözün düzgün yazılışını dərhal elan edirdi ki, dili qorusun. Oysa “Azərtaс”da belə bu xəstəliyin adı 4 variantda yazılırdı – tam bir xaos idi.

    Biriləri isə başladı Dilçilik İnstitutunu hədəf seçib, lağ obyektinə çevirməyə. İndi o dilçilər sizin bu qeyri-ciddiliyinizi görüb, yanlışınızı, eyibinizi növbəti dəfə düzəltməyə cəhd edəcəkmi?

    Yaxud bir müddət əvvəl Lalə Azərtaşın sözünü qanmadan, özünü başa düşmədən başlayan “lağ-lağı”...

    “Qananı başa salmaq – bostançıya tərə satmaq/ qanmazı başa salmaq – kasıbkarlıq əldə gedir” deyib atalarımız.

    Qanmazlara söz başa salınca, adamın vaxtı, əsəbi, enerjisi gedir, ondansa gedib kasıbkarlığını etsə, ruzisini qazansa min pay yaxşıdır.

    Fəzail Ağamalının “8 manat” sözündən sonra dünən baxmışam, gilas 9 manat 55 qəpiyə qalxıb marketlərdə. Haqq olur bizə, əcəb olur!

    O düşük, əskik materiallara vaxt sərf edən klounlar gedib rayonda gilas yetişdirən adamın qapısında məhsulunu 50-60 qəpiyə satdığını göstərsəydi, Bakıda isə onun 8-10 manata olmasının səbəbini axtarsaydı, indi vəziyyət necə olardı?

    Kənd təsərrüfatı yarmarkaları keçirilir – guya! Girirsən yarmarkalara - marketlərlə, bahalı bazarlarla qiymət fərqi az qala yoxdur.

    Halbuki yarmarkalarda satış piştaxtaları pulsuz verilir (verilməlidir), kəndçinin məhsulunu o yarmarkalara gətirməsi üçün nəqliyyat ayrılır (ayrılmalıdır). Yaxşı, bəs, 50 qəpiyə qapısında gilas satan kəndçi niyə yarmarkada o məhsulu 7 manata satır? Niyə daha ucuz satmaq ona sərf etmir? Axı yer pulsuz, nəqliyyat havayıdır!

    Demək ki, pulsuz deyil! Demək ki, yarmarkalar gözdən pərdə asmaq üçündür! Demək ki, BM (Bakı meriyası) və KTN (Kənd Təsərrüfatı Nazirliyi) elə mahiyyətcə KVN-dir, bizə gülür, bizi ələ salır, bizi dolayırlar.

    Bunları araşdırmaq, üzə çıxarmaq və əhaliyə faydalı olmaq əvəzinə sizlər günlərdir nə iş görürsünüz?

    Sabah bu ölkədə buğda da bahalaşacaq – necə ki, bahalaşır, çörək də, ictimai nəqliyyatda gediş haqqı da... Ancaq bir deputat qalxıb deməyəcək ki, bu bahalıqda gediş haqqı olar?

    Çünki klounlar, mənasızlar yenə doluşacaq sosial şəbəkələrə, başlayacaqlar ki, marşrut bahalaşıb, sənə nə? Sən heç marşruta minmirsən axı – öz xidməti maşının var və s.

    Bu cür davrandığımızdır ki, bizi müdafiə edənlər sürətlə azalır. Fazil Mustafa, Aqil Abbas və bu kateqoriyadan olan barmaqhesabı deputatların sayını azaltmaqla məşğuluq, imkan vermirik ki, adamlar yanımızda olsunlar.

    O qədər qeyri-ciddilik edirsiniz ki, indiki bahalığı da, indiki yaşayışımızı da, hazırkı durumunuzu da haqq edirik.

    Media artıq əhalinin qayğılarını ifadə etmək üçün deputat, ekspert tapıb danışdıra bilmir. Çünki heç kəs ağrımayan başına dəsmal sarımaq istəmir sizin üzünüzdən. Hər kəsə bir cavabınız var, kim bir fikir deyirsə, dərhal söyürsünüz, təhqir edirsiniz, aşağılayırsınız.

    Savadsızlıq, intellektsizlik, başqasının fikrinə hörmət etməmək baş alıb gedir.

    Dünyanın heç bir yerində belə total qeyri-ciddilik müşahidə etmək mümkün deyil; sosial şəbəkələrin digər ölkələrdəki seqmentlərində bu qədər təhqir, alçaltma görməzsən.

    Dünyanın bütün fikir adamları, siyasi-ictimai fəalları, satiraçıları, yumorçuları cəmiyyətdəki problemləri öz üslublarınca ifadə edir – daha düşükcəsinə, yalnız hırıldamaq xatirinə kimlərisə peşman edib, mahiyyətdə cəmiyyətə ağır zərbə vurmur.

    Cəmiyyəti, xalqı, əhalini düşünən yoxdur, sanki qəsdən, bilərəkdən bu xalqa qarşı nə mümkündürsə, onu edirlər.

    Belələrinin “kərimə dövlət”çilərdən fərqi yoxdur.

    Əstafurullah, fərqi var: kəriməçilərin hansı yuvanın quşu olduğunu və nə etmək istədiyini dərhal bilmək olar, bu klounlar isə cəmiyyətin müvazinətini, müqavimətini öz qeyri-ciddilikləri ilə sarsıdıb, fikir, düşüncə sahiblərini bezdirir, xalqdan uzaqlaşdırırlar.

    Xalqa xəyanətin bundan o tərəfi yoxdur!

    Axar.az
    loading...