Xəbər lenti
Axtar
Ən çox oxunan
  • ŞƏHİD İLQAR VERDİYEVİN "ANDINA SADİQ OĞUL"FİLMİNİN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLİB
  • "Əziz Şuşa, Sən Azadsan!".
  • Fitrə zəkatı nə qədər verilməlidir? - Video
  • İlham Əliyev Emmanuel Makronu təbrik etdi
  • “WhatsApp”a yeni funksiya əlavə edilib - Gizli fotolara giriş...
  • Soyqırımdan danışanlar Xocalıya baxsınlar – Hulusi Kılıç
  • "Azərbaycan-Türk Xalqları Qardaşlığı" İctimai Birliyinin fəaliyyətindən bəhs edən jurnalın təqdimatı keçirildi
  • Dünya azərbaycanlılarının Şuşa Zirvəsi: Diasporumuzun tarixi inkişaf yolu
  • Qədr gecələri nə vaxtdır? - QMİ
  • Deputat: "Operativ Qərargahdan xoş xəbərlər veriləcək" - VİDEO
  • Azərbaycanla 10 mühüm saziş imzalandı - Japarov
  • Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun ictimaiyyət nümayəndələri Fəxri Xiyabanda görkəmli oftalmoloq-alim, əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad etdilər.
  • Özbəkistanda Azərbaycan şöləni - Foto
  • Ailəsindən gizli döyüşə gedən əsgərimiz ŞƏHİD OLDU-ŞƏHİDİM_01
  • Tanınmış qələm ustadı Nəcibə İlkinin "Şəhidliyin Əli və İslam zirvəsi" adlı kitabının təqdimatı keçirildi
  • Dünyada Ərdoğan kimi siyasətçi azdır - Peskov
  • Türkiyə Müdafiə Nazirliyindən 31 Mart Soyqırımı Günü ilə bağlı PAYLAŞIM
  • 31 mart Azərbaycanlıların Soyqırımı Günüdür
  • "Miqrasiya prosesləri" ictimai birliyinin sədri, Aparıcı elmi işçı, Dossent yazıçı, alim, Azərbaycan Milli Elmlər Akademiyasının üzvü Fəridə Hicran Vəliyeva, "44 günlük müharibədən sonra" lahiyəsi ilə Avropaya üz tutur.
  • Ukraynada azı 249 mülki şəxs həlak olub - BMT
  • Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun adına yaradılan "POLAD TV" nin efirində Xocalı faciəsini əks etdirən qısametrajlı film hazırlanmışdır.
  • ŞOK İDDİA! Uşaq üçün dərman aldılar - GÖRÜN NƏ ÇIXDI VİDEO
  • Rusiya "İsgəndər”lərlə təlimlərə başladı
  • Məhbusun ŞOK iddiası
  • "Səni qəbul etməyəcəm, deyirlər sən yaman şeysən - atamansan"... - Başçının sakinə cavabı // VİDEO
  • 15 Oca 2022, 22:59   
        245


    Qızlar Universitetində mülkiyyət davası: Ağaclar kəsilib, mülk zəbt olunub (İDDİA/FOTO)

    BAKI-XEBERTV.AZ

    Bakı şəhəri Yasamal rayonu M.Muxtarov küçəsi 50 ünvanında qalmaqal yaşanır.
    Adı çəkilən ünvanda 2 girişli həyətdəki binanın 2-ci mərtəbəsində Bakı Qızlar Universiteti, alt qatda isə müxtəlif profilli qeyri-yaşayış sahələri yerləşir. Ağarəhim Rəhimov isə həyətə girişi bağlayaraq mülkiyyətçilərin hüquqlarını pozub.

    Mülkiyyətçilərdən birinin qanuni təmsilçisi Ravil Novruzov məsələ ilə bağlı Prezidentin köməkçisi Fuad Ələsgərova, Baş prokuror Kamran Əliyevə, Daxili İşlər naziri Vilayət Eyvazova, Ombudsman Səbinə Əliyevaya müraciət edib. Həmin müraciətin bir surəti də redaksiyamıza daxil olub.

    "Ağarəhim Rəhimov 5 nəfər qonşunun və nümayəndəsi olduğum şəxsin mülkiyyət hüquqlarını kobud şəkildə pozaraq giriş qapılarının qıfıllarını dəyişib. Əraziyə heç kimin buraxılmamasına dair universitet işçilərinə qanunsuz göstəriş verib. Bununla yanaşı ekologiyaya ciddi ziyan vuraraq ünvanda yerləşən ağacları qanunsuz kəsdirib, qanunsuz tikililər inşa etdirib, o cümlədən evə giriş qapısının qarşısını kəsən, giriş-çıxışa mane olan pilləkən qoydurub. Rektorun bu qanunsuzluğuna etiraz etdikdə isə bizə hədə qorxu gəlir”, deyə Ravil Novruzov müraciətində qeyd edib.

    Saytımız iddialarla bağlı Ağarəhim Rəhimovla əlaqə saxlayıb. Rektor deyilənlərin doğru olmadığını bildirib:

    "Həmin bina bütövlükdə Bakı Qızlar Universitetinə məxsusdur. Dediyiniz şəxs isə binanın zirzəmisini zəbt edib. Hara müraciət ediriksə, xeyri yoxdur. Dəfələrlə polis gəlib, amma yenə də problem həllini tapmayıb. Bilmirik nə edək, kimə müraciət edək”.

    Ravil Novruzov isə redaksiyamıza açıqlamasında rektorun iddialarının əsassız olduğunu bildirib:

    "Əvvəla, həmin bina bütövlükdə Bakı Qızlar Universitetinə məxsus deyil. Yalnız binanın ikinci mərtəbəsi universitetindir.
    İkincisi, Ağarəhim Rəhimovun zirzəmi adlandırdığı həmin yer binanın birinci mərtəbəsidir. Üçüncüsü, ora zəbt olunmayıb. Mənim yaxın qohumum orada mülkiyyətçidir. Əlində müvafiq sənədlər var. Həmin sənədləri sizə də təqdim edə bilərəm. Universitetə məxsus olan hansısa ərazi, qeyri-yaşayış sahəsi necə zəbt edilə bilər axı?

    Qanunsuzluqla məşğul olan biz deyilik, Ağarəhim Rəhimovdur. Həyətə girişi bağlayıb, ağacları kəsib və s. Bununla bağlı müvafiq qurumlara şikayət etmişik. Təsəvvür edin, hər gün polis gəlir və bizə deyir ki, yaşlı adamdır yola verin”.

    Şikayətçi həmçinin bildirib ki, Ağarəhim Rəhimov həmin binada mülkiyyət sahiblərinə hədə-qorxu gəlir:

    "Deyir sizi bura buraxmayacam. Mənə deyir ki, evini satdıracam, səni küçələrdə qoyacam”.

    Ravil Novruzov müvafiq sənədləri, o cümlədən ərazidən çəkilən fotoları da redaksiyamıza təqdim edib.







    loading...