
Rusiya xarici işlər naziri Sergey Lavrovun müavini Mixail Qaluzin Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə görüşdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması perspektivlərini müzakirə edib.
XEBERTV.AZ Axar.az-a istinadən bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinə istinadən xəbər verir.
“Görüş zamanı ikitərəfli əməkdaşlığın inkişafının cari məsələləri konstruktiv şəkildə nəzərdən keçirilib. Həmçinin bir sıra aktual regional məsələlərə, o cümlədən Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli bəyanatlara uyğun olaraq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması perspektivlərinə toxunulub”, - Rusiya XİN-in məlumatında qeyd edilib.