Ərdoğan NATO rəhbərinə Türkiyənin Finlandiyanın üzvlüyünü təsdiqləyəcəyini vəd edib

Ərdoğan NATO rəhbərinə Türkiyənin Finlandiyanın üzvlüyünü təsdiqləyəcəyini vəd edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Baş katibi Yens Stoltenberqlə İsveçin və Finlandiyanın Alyansa üzvlük prosesini müzakirə ediblər.
XEBERTV.AZ xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı Türkiyə lideri Finlandiyanın NATO-ya Üzvlük Protokolunun Türkiyə Böyük Millət Məclisindəki təsdiq prosesini başlatmağa qərar verdiyini açıqlayıb.
Ərdoğan bunu bu prosesdə Finlandiyanın nümayiş etdirdiyi mövqenin İsveçdən müsbət mənada fərqləndiyi ilə izah edib.
“Report”