Çavuşoğlu Stokholmda "Qurani-Kərim"in yandırılmasını qətiyyətlə pisləyib

BAKI-XEBERTV.AZ
Çavuşoğlu Stokholmda Qurani-Kərimin yandırılmasını qətiyyətlə pisləyib
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İsveçin paytaxtı Stokholmda müqəddəs "Qurani-Kərim"in yandırılmasını qətiyyətlə pisləyib.
TRT telekanalında nazir bildirib ki, bunu İslam əleyhinə alçaq və irqçi hərəkət adlandırıb.
"Nifrət, ksenofobiya və irqçiliyin təzahürü söz azadlığı ilə heç bir əlaqəsi yoxdur! Ümid edirəm ki, İsveç hakimiyyəti lazımi tədbirləri görəcək. Əks halda, aksiyaya bütün dünyada kəskin mənfi reaksiya nümayiş etdiriləcək”, - Çavuşoğlu bildirib.
Türkiyə Prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın isə bunu “müasir barbarlıq” adlandırıb.
"Report"