Xəbər lenti
Axtar
01 Eki 2022, 23:05   
    104

Rusiya sanksiyalar tətbiq edən ölkələrin şirkətlərinə qadağa qoydu

Rəsmi Moskva Rusiyaya qarşı nəqliyyat məhdudiyyətləri tətbiq edən ölkələrin şirkətləri tərəfindən malların daşınmasına qadağa tətbiq edib.

XEBERTV.AZ "Report"a istinadən bildirir ki, müvafiq qərarı Rusiya Federasiyası hökumətinin başçısı Mixail Mişustin imzalayıb.

Sənəd hüquqi informasiyanın rəsmi internet portalında dərc olunub.

Qərar ölkənin vətəndaşlarına və hüquqi şəxslərinə qarşı nəqliyyat sahəsində məhdudlaşdırıcı tədbirlər tətbiq edən xarici daşıyıcılara məxsus, habelə xaricdə qeydiyyatda olan yük nəqliyyat vasitələri ilə Rusiyanın ərazisindən beynəlxalq yük daşımalarına qadağa qoyur.

Qadağa ikitərəfli və tranzit daşımalara, habelə üçüncü dövlətin ərazisindən və ya ərazisinə daşınmalara şamil edilir.

Sənəd oktyabrın 10-dan qüvvəyə minir və 2022-ci il dekabrın 31-dək qüvvədə olacaq.
loading...