Xəbər lenti
Axtar
23 May 2022, 21:52   
    178
Ələkbərov Əfqanıstanda bu ailələrə baş çəkəcək

Ələkbərov Əfqanıstanda bu ailələrə baş çəkəcək

BMT-nin Əfqanıstandakı humanitar məsələlər üzrə koordinatoru Ramiz Ələkbərov bu ölkənin Paktika əyalətində baş verən zəlzələnin təsirinə məruz qalmış ailələr, bölgədə humanitar dəstək fəaliyyəti ilə məşğul olan şəxslərlə görüşəcək.

XEBERTV.AZ Report-a istinadən xəbər verir ki, bu barədə koordinator BMT Təhlükəsizlik Şurasında videokonfrans formatında çıxışı zamanı deyib.

BMT-nin azərbaycanlı rəsmisi əlavə edib ki, Əfqanıstanın Paktika əyalətində baş verən zəlzələ nəticəsində mindən çox ölən və yaralanan var:

"Yaralılardan çoxunun vəziyyəti ağırdır. Minlərlə ev dağılıb və zədələnib. İtkilərin sayının daha da artacağı gözlənilir. Bölgədə axtarış-xilasetmə əməliyyatları davam edir".

Onun sözlərinə görə, zəlzələdən sonra BMT-nin bölgədəki humanitar missiyası əraziyə tibbi avadanlıq, dərmanlar, mobil sağlamlıq qrupları və çadırlar da daxil olmaqla təcili ləvazimatlar göndərib. Evlərini itirən sakinlər geyim və ərzaq yardımları ilə təmin edilib.
loading...