Xəbər lenti
Axtar
Ən çox oxunan
  • ABŞ-ın Əliyevə açıq dəstəyi İrəvanı silkələyir...
  • Əliyevin o cür qarşılanması Nikola siqnal idi - Solonnikov
  • Nikolun Bakıya qarşı 15 may hazırlığı - Yıldırım işarə etdi
  • Səfirliyimizə hücum təşkil edilmiş terror aktı idi
  • İranda hər kəs anlamalıdır ki... - Prezident
  • Vəkillər Kollegiyası bu assosiasiyaya üzv qəbul olundu
  • Dini radikalizmin təbliğinə cəlb olunan 16 nəfər həbs olundu
  • Cocuq Mərcanlıda çoban minaya düşdü
  • Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatı qəti surətdə təkzib edirik.
  • Laçın yolunda ekofəallar bu işi görəcəklər
  • Bu ölkə TÜRKPA-ya müşahidəçi üzv seçildi
  • Anar Bağırov vəkillərə xəbərdarlıq etdi
  • Rəsmən təsdiqləndi: Qarabağda yeni rus komandan...
  • İrəvan son 43 gün ərzində heç bir cavab verməyib
  • İran casus şəbəkəsinə qarşı əməliyyat gedir: həbs var
  • Azərbaycan türk dünyasının gücünü göstərdi - Çavuşoğlu
  • FETÖ-nün Azərbaycan üzrə rəhbərlərindən biri həbs edildi
  • Hansısa yolla bu tələdən çıxa biləcəyimizi düşündük
  • Ermənistanla sülh müqaviləsi üzərində iş başlanıb - Prezident
  • Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şurası yaradılır
  • Azərbaycanda Qazaxıstan telekanalları yayımlanacaq
  • ham Əliyevin Qazaxıstana səfəri başa çatdı
  • Azərbaycanla İran arasında razılıq əldə olundu
  • Bayramov Abdullahianla danışdı: İki ölkə arasında ixtilaflar...
  • Ermənilərin minaları məcburi köçkünlərə əngəldir - Ekspress
  • 28 Nis 2022, 11:19   
        223
    Putin tələyə düşdü, müharibədən çıxa bilmir - Ağar



    Putin tələyə düşdü, müharibədən çıxa bilmir - Ağar

    Ukrayna müharibəsinin Moldovaya sıçraması ehtimalı lap əvvəldən mövcud olub. Lakin Rusiya qarşıya qoyduğu məqsədə nail olmaq üçün bir sıra hədəflərə çatmalıdır.

    XEBERTV.AZ xəbər verir ki, bu sözləri Ukrayna ətrafında baş verən son prosesləri Axar.az-a şərh edən terror və təhlükəsizlik üzrə türkiyəli ekspert Abdullah Ağar deyib. Ekspertə görə, Dnestryanı bölgədə baş verənlər daha çox hədəf yayındırma həmləsidir, əsas döyüş Donbasda olacaq:

    “Bunlar Xerson-Nikolayev xəttinin ələ keçirilməsi ilə yanaşı, Odessa dəniz hərəkatının rusların lehinə nəticələndirilməsidir. Bu hədəfə hələ də çatmayıblar. Xerson-Nikolayev xəttində hələ də döyüşlər davam edir, “Moskva” kreyseri vurulduqdan sonra isə Odessaya dəniz hərəkatının həyata keçirilməsində bir çox risklər ortaya çıxıb”.

    Ekspertin sözlərinə görə, Rusiyanın Dnestryanıda hərəkata başladığını demək tezdir:

    “Hazırda Dnestryanıda hərəkətlənmə var. Bildiyimiz kimi, SSRİ dağıldıqdan sonra rus ordusu oranı tərk etməyib. Hazırda da Rusiyanın 14-cü ordusu ordadır. Dnestryanıda fəal döyüş əməliyyatlarının başlayıb-başlamayacağını zamanla görəcəyik. Ancaq fikrimcə, baş verənlər hərbi əməliyyatlardan çox, diqqəti yayındırmaq üçün edilən həmləyə, maskalanmaya bənzəyir. Moldavaya müharibənin sıçraması ehtimalı var, lakin hazırda “başlandı” demək üçün tezdir. Çünki əgər Rusiya Moldovada aktiv müharibəyə başlasa, buna ABŞ, NATO və Britaniyadan kəskin cavablar olacaq. Məsələn, Qərb Rusiyanın Moldova həmləsinə qarşı Baltik dənizinin sahilində yerləşən Kalininqrad vilayətini hədəfə alacaq həmlələr gerçəkləşdirə bilər. Fikrimcə, Moldova variantı Rusiya üçün çox risklidir”.

    Abdullah Ağar Rusiya və Ukrayna arasındakı müzakirələrin aparılması məsələsinə də toxunub:

    “Qənaətim odur ki, Putin hazırda bir tələyə düşüb, indi tələdən çıxmalıdır, tək yol isə müzakirədir. Amma o qədər əsəbi və iddialıdır ki, müzakirələrə uymur. Ukrayna isə müharibənin nəticələrinin onlar üçün ağır olduğunu bildiyindən, müzakirələrin daha effektiv və aktiv şəkildə başlamasını istəyir, lakin ABŞ buna imkan vermir. Hazırda nə Rusiya, nə də Ukrayna bir-birilərinin tələblərini qəbul edir. Ona görə müharibənin “yetişməsi” lazımdır. Yəni güclər öz istək və tələblərini bir-birilərinə qəbul etdirmək üçün döyüşməlidir. Müharibənin təbiəti belədir.

    Ona görə də fövqəladə bir şey baş verməsi istisna olmaqla, mövcud şərtlər çərçivəsində müharibənin hələ davam edəcəyini düşünürəm”.
    loading...