Ukrayna hücuma hazırlaşır - Puşilin

“Donetsk xalq milisi” tərəfindən müəyyən edilib ki, Birləşmiş Qüvvələr əməliyyatı adlanan ərazidə Ukrayna hərbi birləşmələri hücuma hazırlaşır. Əraziyə hərbi texnika çıxarılır, tank ekipajları hazırlıq görür.
XEBERTV.AZ Axar.az-a istinadən xəbər verir ki, bu sözləri qondarma “donetsk xalq respublikası”nın separatçı rəhbəri Denis Puşilin deyib.
O, ABŞ-ın göndərdiyi “Javelin” tank əleyhinə raket sistemlərinin Donbasda göründüyünü, lakin hələ də kəsişmə xəttinə çatmadığını vurğulayıb.