Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Məhbusun ŞOK iddiası
  • "Səni qəbul etməyəcəm, deyirlər sən yaman şeysən - atamansan"... - Başçının sakinə cavabı // VİDEO
  • "Dövlət məmurları bilməlidirlər, onların işinə həm də media nümayəndələri nəzarət edir."- İLHAM ƏLİYEV
  • Şuşa və Hadrutda TV yayımı üçün tezliklər müəyyənləşdi
  • İlham Əliyev və ailəsi Şuşa məscidində dua etdi - Video
  • Prezidentin doğum günü ilə əlaqədar tədbir keçirilib
  • Cəbrayıl sakinləri susmur - VİDEO
  • Şuşa postuna qumbara atana 1000 dollar “mükafat” verilir
  • Qubadlı fatehi olan polkovnik-leytenant Vidadi Xəlilovun ildönümü ilə əlaqədar şəhərin Şəhidlər xiyabanında, məzarı önündə anım mərasimi təşkil olunub
  • Qarabağ Qazisi ÇARƏSİZ DURUMDA...
  • Sabah intensiv yağış yağacaq
  • Ermənistanda Azərbaycan və Türkiyə radiosu yayımlanır
  • Bir dövlət müəssisəsində 9 şübhəli tender müqaviləsi - FOTO
  • Qarabag əlillərinə qarşı böyük haqsızlıq.
  • Nəşi tapılan hərbçimizin şəxsiyyəti bəlli oldu - Foto
  • SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı - YÜZLƏRLƏ YOLUXMA, 14 ÖLÜ VAR
  • İcra Hakimiyyətlərində baş verən tender "maxenasiya"ları
  • ŞOK! Ailəsi ilə təhdid olunan şəxs sifarişin kim tərəfindən olduğunu bəyan etdi - VİDEO
  • Göyçayda 27 sentyabr – Anım Günü ilə bağlı ümumrayon tədbiri keçirildi
  • Öz nəfsimizin şərindən amanda olmadığımızı unutmayaq
  • Şəhid adına verilən küçə bərbad haldadır
  • Mobil operatorlarla bağlı yenilik
  • Büdcədə kəskin artım: Hökumət iki milyardı hardan yığacaq?
  • Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq
  • Paşinyandan Zəngəzur dəhlizi açıqlaması: Hazırıq!
  • 29 Kas 2021, 19:26   
        163

    BAKI-XEBERTV.AZ
    Zəngəzur dəhlizi Soçidə niyə elan edilmədi? - Video

    Soçi bəyanatında kommunikasiyanın bərpası ilə bağlı açıq qeydlər olmasa da, sənədin mətni və Putinin açıqlamalarından iki nəticə çıxır:

    - Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi – Azərbaycanın Naxçıvanla əlaqəsini yaradacaq nəqliyyat xəttində nəzarət-buraxılış məntəqəsinin qoyulması cəhdi qəbul edilməyib: bəyanatda “9/10 noyabr və 11 yanvar razılaşmalarının bütün müddəalarının bundan sonra ardıcıl surətdə yerinə yetirilməsinə və dönmədən riayət olunmasına tərəfdar olduğumuzu təsdiq etdik” qeydi bunu təsdiqləyir;

    - Görüşdə yekun sənəddə qeyd olunmayan ciddi razılaşmalar əldə olunub və bu həftə açıqlanması gözlənilir.

    Putin bildirdi ki, gələn həftə, - bu, bizim növbəti razılaşmadır, - üçtərəfli İşçi Qrupu müəyyən yekunlar vurmaq və bu gün razılaşdırdığımız və qəbul etdiyimiz qərarları elan etmək üçün Moskvada toplaşacaqlar.

    Mümkündür ki, liderlər Soçidə kommunikasiyanın qrafiki üzrə müzakirə aparıblar, çünki bu istiqamətdə əsas atılacaq addım da budur: məhz bunun təsdiqindən sonra nəqliyyat dəhlizlərinin açılması üzrə işlər başlanmalıdır və bununla həm də Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən hissəsində yolun tikintisinə nə vaxt start veriləcəyi bəlli olacaq.

    Soçidə bununla bağlı razılaşma əldə olunub, lakin niyə yekun sənədə daxil edilməyib?

    - Görüşə gəlməzdən öncə “böyük danışan” və “imkan verməyəcəyini” deyən Paşinyanın ölkəsində “linç edilməsi” nəzərə alınıb: hətta istisna deyil ki, Zəngəzur dəhlizinin istifadəyə veriləcəyinə qədər olan müddətdə İrəvan öz mövqeyində “dayanacaq”;

    - Müəyyən məsələləri tam razılaşdırmağa ehtiyac var: bu, əsasən texniki məsələlərdir; Paşinyanın müavini, İşçi Qrupunun üzvü Mger Qriqoryanın ötən həftə “ortaq məxrəcə gəlinib, lakin texniki məsələlərlə bağlı bir neçə variant var, hansı variantın işləyəcəyi ilə bağlı yekun razılaşma yoxdur” açıqlaması da bunu deməyə əsas verir.

    İşçi Qrupu nə vaxt toplanacaq?

    Rusiya XİN-in sözçüsü Martiya Zaxarova noyabrın 3-də bildirmişdi ki, üçtərəfli İşçi Qrupunun noyabrın 29-da – bu gün toplanması nəzərdə tutulur. Zaxarovanın açıqlamasından sonra toplantı ilə bağlı ikinci bir açıqlama olmayıb, lakin bu həftə (bu gün olmaya da bilər) görüşəcəkləri bəllidir. Fors-major situasiya olmasa, üçtərəfli İşçi Qrupu bu həftə Soçi görüşündə kommunikasiyanın bərpası ilə bağlı razılaşmaları açıqlayacaq və bunun qrafiklə bağlı olacağı ehtimalı yüksəkdir.

    Əliyevin Soçi görüşündən bir gün sonra – Aşqabad Zirvəsində “Zəngəzur dəhlizi reallığa çevrilir” sözləri və İƏT ölkələrini dəhlizdən istifadəyə dəvət etməsi də təsadüfi deyil.



    Axar.az
    loading...