Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Şuşa postuna qumbara atana 1000 dollar “mükafat” verilir
  • Qubadlı fatehi olan polkovnik-leytenant Vidadi Xəlilovun ildönümü ilə əlaqədar şəhərin Şəhidlər xiyabanında, məzarı önündə anım mərasimi təşkil olunub
  • Qarabağ Qazisi ÇARƏSİZ DURUMDA...
  • Sabah intensiv yağış yağacaq
  • Ermənistanda Azərbaycan və Türkiyə radiosu yayımlanır
  • Bir dövlət müəssisəsində 9 şübhəli tender müqaviləsi - FOTO
  • Qarabag əlillərinə qarşı böyük haqsızlıq.
  • Nəşi tapılan hərbçimizin şəxsiyyəti bəlli oldu - Foto
  • SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı - YÜZLƏRLƏ YOLUXMA, 14 ÖLÜ VAR
  • İcra Hakimiyyətlərində baş verən tender "maxenasiya"ları
  • ŞOK! Ailəsi ilə təhdid olunan şəxs sifarişin kim tərəfindən olduğunu bəyan etdi - VİDEO
  • Göyçayda 27 sentyabr – Anım Günü ilə bağlı ümumrayon tədbiri keçirildi
  • Öz nəfsimizin şərindən amanda olmadığımızı unutmayaq
  • Şəhid adına verilən küçə bərbad haldadır
  • Mobil operatorlarla bağlı yenilik
  • Büdcədə kəskin artım: Hökumət iki milyardı hardan yığacaq?
  • Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq
  • Paşinyandan Zəngəzur dəhlizi açıqlaması: Hazırıq!
  • Bu şəxslərə soğan yemək olmaz
  • İstəyənin əlini qaytarmayın
  • Ölümdən qaçmaq olsaydı…
  • Yoxsulları öz qonaqlığına buraxmayan varlının aqibəti
  • Ustad jurnalist - Nəriman Bəxtiyarovun əziz xatirəsinə
  • Hərbçilər, qazilər, şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar.
  • Dünyanın yeni düzəni: pisdir, ancaq çarə yoxdur
  • 16 Kas 2021, 18:22   
        141

    Sərhəd döyüşünün şifrələri: Paşinyan B planını işə salır - TƏHLİL

    BAKI-XEBERTV.AZ

    Sərhəd döyüşünün şifrələri: Paşinyan B planını işə salır - TƏHLİL
    Ermənistanın bütün sərhəd boyunca təxribatından sonra döyüşlər davam edir: rəsmi məlumatlar və yayılan görüntülər ordumuzun erməni hərbi birləşmələrinə qarşı adekvat tədbirlər gördüyünü təsdiqləyir.

    Yeni müdafiə naziri təyin edildikdən sonra Ermənistan niyə hücuma keçdi?

    Rusiyanın qurduğu üçtərəfli masadan imtina edən Paşinyanın sərhəd boyunca təxribatlara əl atacağı gözlənilən idi: İrəvan görüşün vaxtını gecikdirir və masaya gələnə qədər sərhəddə üstünlüyə nail olmaq, danışıqlarda əlini gücləndirmək istəyir;

    Proseslər İrəvanın A və B olmaqla 2 plandan istifadə etdiyini deməyə əsas verir.

    A planı: baş tutmayan taktika;

    - keçmiş müdafiə naziri Karapetyan Qarabağa gəldi və gərginliyi Azərbaycan daxilinə köçürməyə cəhd etdilər;

    - sərhəddə Azərbaycan Ordusunun mövqeləri arasında yolu kəsməyə və mühasirəyə almağa çalışdılar: mühasirəyə alınan və rusların xahişindən sonra geri qaytarılan 60 erməni hərbçinin tapşırığı bu idi;

    Bu plan baş tutmadı və Paşinyan Karapetyanı yola salmaqla düşdükləri ağır vəziyyətə görə məsuliyyətdən yayındı.

    B planı: hazırda baş verənlər İrəvanın eyni hədəfə doğru ehtiyat variantı işə salmasıdır;

    Məqsəd Rusiyanı Ermənistanın müdafiəsinə təhrik etməkdir. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın baş verənlərlə bağlı “Ermənistanın ərazi bütövlüyünə müdaxiləsi olduğunu deməsi, 1997-ci il müqaviləsinə istinadən Moskvanı köməyə çağırması” da bunu təsdiqləyir.

    Bölgədə Ankara ilə anlaşan və sərhəd, eləcə də kommunikasiya məsələsində gündəliyi Bakı ilə eyni olan Moskva üçün belə seçim çətindir. Ermənistan hakimiyyəti də anlayır ki, Rusiya onların istədiyi formada seçim etməyəcək, lakin B planı ilə iki hədəfə nail olmaq niyyətindədir:

    - Genişmiqyaslı təxribatla sərhəddə vəziyyəti gərginləşdirir və Rusiyanın öhdəliklərini gündəmə gətirir; mümkün masada Moskvanın erməni mövqelərini müəyyən qədər də olsa, müdafiə etməsinə zəmin yaratmağa çalışır;

    - Paşinyanın üçtərəfli görüşdə razılaşacağı məsələlərə alibi yaradır və erməni cəmiyyətinin gözündə məsuliyyəti rusların üzərinə yükləyir;

    Proseslərin mümkün inkişafı necə ola bilər?

    1. Ermənistan “cəbhəni”, eləcə də məsuliyyəti bölüşdürəcək tərəfləri genişləndirmək üçün KTMT-yə 7-ci maddə (dövlətə hücum) ilə müraciət edə bilər;

    2. Putin tərəflər arasında atəşkəs əldə etmək üçün prosesə müdaxilə edə bilər: bu, Rusiya üçün sərhəd məsələsində də əsas vasitəçi olduğunu təsdiqlətməyə, eləcə də Ermənistanı qurduğu masaya gətirməyə imkan verə bilər;
    Publika.az
    loading...