Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Şuşa postuna qumbara atana 1000 dollar “mükafat” verilir
  • Qubadlı fatehi olan polkovnik-leytenant Vidadi Xəlilovun ildönümü ilə əlaqədar şəhərin Şəhidlər xiyabanında, məzarı önündə anım mərasimi təşkil olunub
  • Qarabağ Qazisi ÇARƏSİZ DURUMDA...
  • Sabah intensiv yağış yağacaq
  • Ermənistanda Azərbaycan və Türkiyə radiosu yayımlanır
  • Bir dövlət müəssisəsində 9 şübhəli tender müqaviləsi - FOTO
  • Qarabag əlillərinə qarşı böyük haqsızlıq.
  • Nəşi tapılan hərbçimizin şəxsiyyəti bəlli oldu - Foto
  • SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı - YÜZLƏRLƏ YOLUXMA, 14 ÖLÜ VAR
  • İcra Hakimiyyətlərində baş verən tender "maxenasiya"ları
  • ŞOK! Ailəsi ilə təhdid olunan şəxs sifarişin kim tərəfindən olduğunu bəyan etdi - VİDEO
  • Göyçayda 27 sentyabr – Anım Günü ilə bağlı ümumrayon tədbiri keçirildi
  • Öz nəfsimizin şərindən amanda olmadığımızı unutmayaq
  • Şəhid adına verilən küçə bərbad haldadır
  • Mobil operatorlarla bağlı yenilik
  • Büdcədə kəskin artım: Hökumət iki milyardı hardan yığacaq?
  • Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq
  • Paşinyandan Zəngəzur dəhlizi açıqlaması: Hazırıq!
  • Bu şəxslərə soğan yemək olmaz
  • İstəyənin əlini qaytarmayın
  • Ölümdən qaçmaq olsaydı…
  • Yoxsulları öz qonaqlığına buraxmayan varlının aqibəti
  • Ustad jurnalist - Nəriman Bəxtiyarovun əziz xatirəsinə
  • Hərbçilər, qazilər, şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar.
  • Dünyanın yeni düzəni: pisdir, ancaq çarə yoxdur
  • 31 Eki 2021, 21:39   
        224



    Rusiya sərhədin 1920 xəritəsi ilə çəkilməsini istəyir – Şok səbəb

    Putin Valday forumunda çıxış edərkən, Azərbaycan-Ermənistan sərhədlərinin dəqiqləşdirilməsi üçün xəritələrin Rusiya Baş Qərargahının arxivində olduğunu bildirmişdi. Bu məsələsə Ermənistanda ciddi müzakirə mövzusuna çevrilib, iddia edilir ki, Rusiya 1920-ci il xəritələrini nəzərdə tutur, Azərbaycanda isə hələ ki, böyük ajiotaj yaratmasa da, müzakirələr ən uc nöqtələrdə gedir: hakimiyyətə yaxın media və rəsmilər hər şeyi ağ rəngdə, özünə müxalifət deyən marginallaşmış bir qrup isə hər şeyi qara rəngdə göstərməyə çalışır.

    XEBERTV.AZ Axar.az -a istinadən xəbər verir ki, bu sözləri ReAL üzvü, ekspert Natiq Cəfərli deyib. O bildirib ki, əslində həqiqət “nə ağ, nə də qara” tərəfdədir, “ortada”dır.

    Natiq Cəfərli qeyd edib ki, Azərbaycan hərbi qələbə qazanmış tərəf kimi sülh sazişində israrlıdır və bir müqavilə ilə bütün məsələləri həll etməyi düşünür: sərhədlər dəqiqləşdirilir, kommunikasiyalar açılır, qarşılıqlı ərazi bütövlüyünün tanınması ilə ölkəmizdə yaşayan erməni əsilli azərbaycanlıların (“azərbaycanlı” - etnik mənsubiyyət deyil, vətəndaşlıq tanımıdır, bizim hamımızı birləşdirən dəyərdir, üst kimlikdir – N.C.) gələcək birgə yaşayışını Azərbaycan qanunları ilə tənzimləyəcəyinə, onların təhlükəsizliyinə zəmanət verir:

    “Ermənistan tərəfi isə 3 məsələni ayrı-ayrı müzakirə etməyi, razılıqların ayrı müqavilələrlə tənzimlənməsinə çalışır: sərhədləri dəqiqləşdirmək istəyir, kommunikasiyaların açılmasında maraqlıdır, amma ərazi bütövlüyü məsələsini sonraya saxlayıb, Qarabağda yaşayan erməni əsilli azərbaycanlıların statusunu ayrıca müzakirə etməyi düşünür.

    Rusiya nə istəyir? Kreml kommunikasiyaların açılmasında maraqlıdır, çünki Ermənistana alternativ və daha təhlükəsiz yol əldə edir, Ermənistanla Rusiyanı bağlayan yeganə quru yolun Gürcüstan ərazisindən keçdiyini nəzərə alaraq, rəsmi Tiflisdən bu məsələdə asılılığını azaltmağı düşünür. Sərhədlərin dəqiqləşdirilməsində də Rusiyanın marağı var, çünki həmən Azərbaycan-Ermənistan sərhədini Moskva qoruma altına alacaq, regionda öz hərbi mövcudiyyətini artıracaq, gücləndirəcək. Amma rəsmi Kreml də Azərbaycanda yaşayan erməni əsilli azərbaycanlılarla bağlı məsələni açıq saxlamaqda israrlı və maraqlıdır ki, daim bu “kartdan” istifadə edib hər iki ölkəyə olan təsir rıçaqlarını əlində tutsun. Çünki hərtərəfli sülh sazişi olsa, Rusiyanın “sülməramlı” adlanan qüvvələrinin Xankəndi və ərtafında qalması mənasızlaşacaq”.

    N.Cəfərlinin fikrincə, Rusiya həm də ona görə SSRİ xəritələrini – güman edilir ki, söhbət 1920-ci illər xəritəsindən gedir - ortalığa atıb ki, özü üçün yeni presedent yaratsın:

    “Bir çox Rusiya torpaqları, o cümlədən Krım, Ukraynanın, Belarusun, Qazaxstanın bəzi bölgələri 1922-ci il, SSRİ-nin təsisindən sonra müttəfiq respublikalara verilib. İndi Azərbaycan-Ermənistan arasında 1920-ci illərin xəritəsinə əsaslanaraq sərhədlərin müəyyənləşdirilməsi sabah Kremlə Ukrayna, Belarus, Qazaxstanla oxşar yanaşma üçün əsas yaradacaq və ya Kreml bu yanaşmanı yaratmağa çalışacaq”.

    N.Cəfərli bildirib ki, Azərbaycana 1920-ci il xəritələri çərçivəsində sərhədlərin müəyyənləşdirilməsi sərf edir, kommunikasiyaların açılması da maraqlarımıza uyğundur, amma Xankəndi və ərtafında yaşayan erməni əsilli azərbaycanlıların gələcəyi ilə bağlı məsələlərin ertələnməsi maraqlarımıza heç uyğun deyil:

    “Yəni, orbazlı desək, bu raundu 2:1 uda bilərik, amma sonrakı raundlara yaxşıca hazırlaşmalıyıq”.

    Ekspert bir daha bunun üçün mürəkkəb idarəetmə sisteminə keçidi vacib saydığını vurğulayıb. Onun fikrincə, hakimiyyət bölgüsü və mürəkkəb idarəetmə - mer institutunun yaradılması, bələdiyyələrin təkmilləşməsi, hökumətin iqtisadi siyasətdən və islahatlardan tam məsuliyyət daşıması, parlamentin siyasi təsir imkanlarının genişlənməsi gələcək mümkün təzyiqləri neytrallaşdırmaq üçün vacibdir.
    loading...