Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Ermənistanı şoka salan gecə: 11 il öncə bu gün... - Video
  • Alimlər qütb parıltısının formalaşması prosesini laboratoriya şəraitində imitasiya ediblər
  • Yaralı döyüşçü anası səhlənkar məmurlardan Prezidentə şikayət etdi - VİDEO // FOTO
  • Erməniləri minalı sahəyə buraxmaq? Belə "qisas" olmaz!
  • Qarabağda iş başında şəhid olan jurnalistlərimiz – Tam siyahı
  • Veteranlar Təşkilatından jurnalistlərin ölümü ilə bağlı - Bəyanat
  • "Zəfər yolu" bu tarixdə hazır olacaq - Türk nazir
  • 28 may- Respublika Günü ərəfəsində Göyçay rayonunda uşaq bağçası və aztəminatlı ailə üçün fərdi ev tikilərək istifadəyə verildi
  • Rayon İcra Hakimiyyəti başçısı inzibati ərazi dairəsi üzrə nümayəndələrlə növbəti videokonfrans keçirdi
  • Əsl insan haqqında könül söhbəti - Xatirə
  • Xırdalanda təhsil müəssisə rəhbəri bizneslə də məşğul olur ? - FOTO
  • Azərbaycan helikopteri Türkiyədə məcburi eniş etdi - Video
  • İlham Əliyev Qarabağda yaşayan ermənilərin sayını AÇIQLADI
  • Vida baxışı - Xatirə-oçerk
  • “Azərsu” ASC-nin daxili qərarı sakinlərin kütləvi etirazına səbəb oldu – FOTO//VİDEO
  • Akademik Zərifə Əliyevanın doğum günüdür!
  • Daha bir şəhidimizin övladı dünyaya gəldi - Foto
  • "Başçı qaziylə bir dəfə görüşə bilər, onu da görüşüb" - Şəhid məzarlığında qazi ilə təsadüfən rastlaşan başçının müavinindən təəccüblü cavab- VİDEO//FOTO
  • Mirələmov YAP-dan bu səbəbdən qovulub - GENİŞ AÇIQLAMA
  • İrland tarixçidən ŞOK AÇIQLAMA: "İngils arxivləri Zəngəzuru bu ölkəyə aid edir"
  • Lerikdə Sahibkar qadın İcra Hakimiyyəti qarşısında etiraz aksiyası keçirib - VİDEO
  • Azərbaycan Ordusunun minaya düşən əsgəri şəhid olub
  • Bakıda oxuyan pakistanlı tələbə azərbaycanlı oğlana ərə getdi – FOTO
  • Məmur zülmünə məhkum olmuş şəhid ailələrinin naləsi... - VİDEO
  • Şuşa ərazisində “İsgəndər-M” raketinin qalıqlarının tapılması dünya mediasında geniş əks-səda doğurdu - FOTO
  • 29 Mayıs 2021, 23:51   
        183
    Paşinyanın sürpriz ideyası, Ayvazyanın müəmmalı istefası...

    Paşinyanın sürpriz ideyası, Ayvazyanın müəmmalı istefası...

    Ermənistanda Təhlükəsizlik Şurasının mayın 27-də keçirilən iclasının bəzi təfərrüatı mətbuata sızıb.

    XEBERTV.AZ Virtualaz.org-a istinadən xəbər verir ki, “Hraparak” (“Meydan”) qəzeti iclasda baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyanın Azərbaycan-Emənistan sərhədindəki vəziyyətin “partlayış təhlükəli olduğunu” bildirib. Və eskalasiyanı istisna etməyib.

    Paşinyan Azərbaycan-Ermənistan sərhədində ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrin, yəni ABŞ, Fransa və Rusiyanın hərbi müşahidəçilərinin yerləşdirilməsinə, əvəzində hər iki tərəfin öz qoşunlarını bir neçə kilometr geri çəkməsinə dair iclasdan əvvəl açıqladığı sürpriz ideyanı da vəziyyətin təhlükəli olması ilə əsaslandırıb. Deyib ki, bu təklif “hər iki tərəf üçün faydalıdır”.

    “O deməyib ki, Azərbaycan bu təkliflə razıdır, ya yox, təklif strateji müttəfiqlə müzakirə edilibmi. İştirakçılar bu iclasdan bir neçə saat sonra xarici işlər naziri Ara Ayvazyanın istefa verdiyini eşidəndə çox təəcübləniblər. Çünki iclas zamanı Paşinyan bir neçə dəfə deyib ki, nazirə bu təkliflə bağlı tapşırıqlar verib. Ayvazyan da başını tərpətməklə razılıq bildirib. İclas iştirakçıları təxmin edirlər ki, müzakirələrin başa çatmasından sonra nəsə başqa hadisələr baş verib və nazir bu addımı atmalı olub”, - qəzet yazır.

    Qeyd edək ki, Paşinyanın təklifinə Minsk Qrupunun həmsədr ölkələri hələ reaksiya verməyiblər. Yalnız Avropa İttifaqı təklifi alqışladığını bildirib. Azərbaycana gəldikdə isə rəsmi Bakı da Paşinyanın təkifinə reaksiya verməyib, amma çətin ki, sərhəddən qoşunların bir neçə kilometr geri çəkilməsi və orada həmsədr ölkələrdən hərbi müşahidəçilərin yerləşdirilməsi ideyası Bakıda ciddi qəbul olunardı. Azərbaycan hazırda Laçın və Kəlbəcər istiqamətində özünün beynəlxalq səviyyədə tanınmış sərhədlərinin bərpası ilə məşğuldur. Sərhəddə xarici ölkələrin hərbi ünsürlərinin yerləşdirilməsinə Azərbaycanın heç bir ehtiyacı yoxdur və bu baxımdan rəsmi Bakı Paşinyanın bu təklifin ciddi saymır.
    loading...