Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Ermənistanı şoka salan gecə: 11 il öncə bu gün... - Video
  • Alimlər qütb parıltısının formalaşması prosesini laboratoriya şəraitində imitasiya ediblər
  • Yaralı döyüşçü anası səhlənkar məmurlardan Prezidentə şikayət etdi - VİDEO // FOTO
  • Erməniləri minalı sahəyə buraxmaq? Belə "qisas" olmaz!
  • Qarabağda iş başında şəhid olan jurnalistlərimiz – Tam siyahı
  • Veteranlar Təşkilatından jurnalistlərin ölümü ilə bağlı - Bəyanat
  • "Zəfər yolu" bu tarixdə hazır olacaq - Türk nazir
  • 28 may- Respublika Günü ərəfəsində Göyçay rayonunda uşaq bağçası və aztəminatlı ailə üçün fərdi ev tikilərək istifadəyə verildi
  • Rayon İcra Hakimiyyəti başçısı inzibati ərazi dairəsi üzrə nümayəndələrlə növbəti videokonfrans keçirdi
  • Əsl insan haqqında könül söhbəti - Xatirə
  • Xırdalanda təhsil müəssisə rəhbəri bizneslə də məşğul olur ? - FOTO
  • Azərbaycan helikopteri Türkiyədə məcburi eniş etdi - Video
  • İlham Əliyev Qarabağda yaşayan ermənilərin sayını AÇIQLADI
  • Vida baxışı - Xatirə-oçerk
  • “Azərsu” ASC-nin daxili qərarı sakinlərin kütləvi etirazına səbəb oldu – FOTO//VİDEO
  • Akademik Zərifə Əliyevanın doğum günüdür!
  • Daha bir şəhidimizin övladı dünyaya gəldi - Foto
  • "Başçı qaziylə bir dəfə görüşə bilər, onu da görüşüb" - Şəhid məzarlığında qazi ilə təsadüfən rastlaşan başçının müavinindən təəccüblü cavab- VİDEO//FOTO
  • Mirələmov YAP-dan bu səbəbdən qovulub - GENİŞ AÇIQLAMA
  • İrland tarixçidən ŞOK AÇIQLAMA: "İngils arxivləri Zəngəzuru bu ölkəyə aid edir"
  • Lerikdə Sahibkar qadın İcra Hakimiyyəti qarşısında etiraz aksiyası keçirib - VİDEO
  • Azərbaycan Ordusunun minaya düşən əsgəri şəhid olub
  • Bakıda oxuyan pakistanlı tələbə azərbaycanlı oğlana ərə getdi – FOTO
  • Məmur zülmünə məhkum olmuş şəhid ailələrinin naləsi... - VİDEO
  • Şuşa ərazisində “İsgəndər-M” raketinin qalıqlarının tapılması dünya mediasında geniş əks-səda doğurdu - FOTO
  • 24 Mayıs 2021, 23:51   
        222


    BAKI-XEBERTV.AZ
    Baydenin Əliyevə məktubunda iki məqam

    Baydenin İlham Əliyevə Respublika Günü ilə bağlı təbrik məktubunun mətnində iki məqam diqqət çəkir.

    - ABŞ Xəzərdəki yatağın Azərbaycanla Türkmənistanın birgə kəşfiyyatına və işlənməsinə dair imzaladığı Anlaşma Memorandumunu qətiyyətlə dəstəkləyir.

    Bu, Vaşinqtonun Transxəzər layihəsinə dəstəyinin ifadə edilməsidir. Türkmənistan, ümumilikdə Mərkəzi Asiya coğrafiyasının enerji resurslarının Avropaya çıxışı üçün irəli sürülən bu layihənin önündə iki praktiki maneə var idi:

    - birincisi, Xəzərin hüquqi statusunun həll edilməməsi;

    - ikincisi, Bakı və Aşqabad arasında yataq mübahisəsinin mövcudluğu;

    Birincisi məsələ 2019-cu ildə həll olundu. Türkmən qazının Cənub Qaz Dəhlizinə qoşulmasına qarşı olan Rusiya kəmərə qarşı “ekoloji problem” maneəsi yarada bilər, hərçənd, bu rıçağın təsiri zəif olacaq.

    İkinci məsələ 2021-ci ilin yanvarında Azərbaycan və Türkmənistan arasında imzalanan memorandumla həllini tapdı: tərəflər mübahisəli yatağa “Dostluq” adı verərək, birgə istifadə üzərində razılaşdı.

    Baydenin təbrik məktubunda Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsindən bəhs edərkən, Xəzərdəki yataq anlaşmasını qətiyyətlə dəstəkləməsi Transxəzər layihəsinə “yaşıl işığın” yandırıldığı deməkdir. Çünki türkmən qazı Bakıya çatdırılmasa, Avropanın enerji ehtiyacı tam ödənməyəcək. Bayden bu məqamı xüsusi vurğulamaqla Avropaya da enerji təhlükəsizliyinin Vaşinqtondan asılı olduğu mesajını çatdırır.

    Bu, Vaşinqtonun “Şimal axını -2” layihəsinə qarşı sanksiyaları götürməsi fonunda diqqət çəkir. Mümkündür ki, Şimal axını – 2 layihəsinə maneənin yaradılmaması qarşılığında ruslardan Transxəzərə müdaxilə etməməsi istənilib. Moskva öz layihəsini başa çatdırana qədər neytral qala bilər.

    - ABŞ ATƏT-in Minsk qrupunun həmsədri olaraq münaqişənin uzunmüddətli siyasi həllinə dair danışıqlarda kömək etməyə sadiqdir.

    Bu ifadə ikimənalıdır. İlham Əliyev Vaşinqtona postkonfilikt dövründə münasibətləri normallaşdırmağa kömək etməsi ilə bağlı çağırış etmişdi. Baydenin münaqişənin uzunmüddətli siyasi həllinə dair danışıqlarda köməyə hazır olması bu çağırışa cavab ola bilər. Lakin burada Vaşinqtonun bəhs etdiyi “danışıqlar” Bakının münaqişənin həll edildiyi tezisinə zidd görünür. Əslində Bayden ikimənalı ifadəsi Bakıya ABŞ-ın istəkləri ilə, xüsusilə regionda açılacaq kommunikasiya xətlərindən istifadə məsələsində, razılaşması üçün mesaj hesab oluna bilər.Axar.az
    loading...