Xəbər lenti
Axtar
Ən çox oxunan
  • “Azərsu” ASC-nin daxili qərarı sakinlərin kütləvi etirazına səbəb oldu – FOTO//VİDEO
  • Akademik Zərifə Əliyevanın doğum günüdür!
  • Daha bir şəhidimizin övladı dünyaya gəldi - Foto
  • "Başçı qaziylə bir dəfə görüşə bilər, onu da görüşüb" - Şəhid məzarlığında qazi ilə təsadüfən rastlaşan başçının müavinindən təəccüblü cavab- VİDEO//FOTO
  • Mirələmov YAP-dan bu səbəbdən qovulub - GENİŞ AÇIQLAMA
  • İrland tarixçidən ŞOK AÇIQLAMA: "İngils arxivləri Zəngəzuru bu ölkəyə aid edir"
  • Lerikdə Sahibkar qadın İcra Hakimiyyəti qarşısında etiraz aksiyası keçirib - VİDEO
  • Azərbaycan Ordusunun minaya düşən əsgəri şəhid olub
  • Bakıda oxuyan pakistanlı tələbə azərbaycanlı oğlana ərə getdi – FOTO
  • Məmur zülmünə məhkum olmuş şəhid ailələrinin naləsi... - VİDEO
  • Şuşa ərazisində “İsgəndər-M” raketinin qalıqlarının tapılması dünya mediasında geniş əks-səda doğurdu - FOTO
  • Çin peyvəndi vurduran Pakistanın Baş naziri koronavirusa yoluxub – FOTO
  • Votsap istifadəçilərinin nəzərinə - Xəbərdarlıq
  • Prezidentin köməkçisi: Tiqranakertlə bağlı saxta mifik hekayə bitdi
  • Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməklə, Azərbaycan Respublikasının inkişaf mərhələsinin təməlini qoymuşdur!!!
  • Prezident Zəngəzur dəhlizindən DANIŞDI
  • Təbib İbrahimov: “Arzu edirəm ki, Azərbaycanda xəstələrin sayı çox az olsun!”
  • Azərbaycan Ermənistanla sərhəddə işlərə başladı
  • SOYQRIMA HƏSR OLUNAN LAYİHƏ İCRA OLUNUR
  • Şair Mahir də mahir şairdi... - Yazı
  • Tehran və Bakı üçün bu sahələrdə yeni imkanlar açılır
  • Alim erməni yalanını ifşa etdi: Həmin xalçalar Bakıdadır
  • Şamil Sabiroğlu: Azərbaycanın hakimiyyət orqanları “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinə qarşı çox biganəlik göstərdilər...
  • HAVA KƏSKİN DƏYİŞİR: Nazirlik gücləndirilmiş iş rejiminə keçdi
  • Bölgələrə turist axını başladı - Ekspert açıqladı
  • 26 Nis 2021, 22:20   
        132

    BAKI-XEBERTV.AZ
    Ərdoğandan Baydenə SƏRT REAKSİYA: "Rüsvayçılığı ört-basdır etmək istəyirlər"

    Ərdoğandan Baydenə SƏRT REAKSİYA: "Rüsvayçılığı ört-basdır etmək istəyirlər"
    "Aprelin 24-də ABŞ Prezidenti Co Bayden öz çıxışında coğrafiyamızda bir əsr öncə yaşanan faciəli hadisələrlə əlaqədar əsassız, haqsız, həqiqətlərə uyğun olmayan ifadələrə yol verib. Heç bir tarixi və hüquqi əsası olmayan bu ifadələr millətimizin hər bir fərdi kimi bizi də təəssüfləndirdi".

    "Haber Global"xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin növbəti iclasından sonra açıqlamasında bildirib.

    R.T.Ərdoğanın sözlərinə görə, o, Co Baydenin radikal erməni dairələrinin təzyiqi ilə belə bir ifadə işlətdiyini düşünür:

    “Bu vəziyyət ortaya çıxan mənzərənin iki ölkə arasındakı narazılığı aradan qaldırmayacaq. Türkiyə olaraq, tarixdə olan faciələrin müqayisə olunmasını humanist hal hesab etmirik, amma əgər belə bir yarış keçiriləcəksə, biz alnıaçıq, üzüağ çıxacağımıza əminik. Çünki heç bir yerdə ermənilərə aid toplu məzara rast gələ bilməzsiniz, amma türklərə aid çox sayda toplu məzarlar var. ABŞ və Avropa başda olmaqla bizə qarşı soyqırımı ittihamı yönəldənlərin hər birinin tarixində bu utancverici qətliamlar yer alıb”.

    “Osmanlının Balkanlardan və Zaqafqaziyaya uzanan əhalisinin yarıya qədəri ölüm, yarısı sürgün acısı yaşayıb. Üstəlik, biz bunu demirik. Qərbli tarixçilər deyir”, - Ərdoğan vurğulayıb.

    Türkiyə Prezidenti həmçinin vurğulayıb ki, erməni terror şəbəkələrini dəstəkləyən qüvvələr öz tarixlərindəki rüsvayçılığı ört-basdır etmək istəyirlər:

    “Biz yenə də əvvəlki fikrimizdəyik. Tarixdəki hadisələrin araşdırılması və həqiqətlərin ortaya çıxarılması tarixçilərə həvalə edilməlidir, siyasətçilərə yox. İllərdir ortaq tarixi komissiya qurulması təklifimizə bir cavab ala bilmədik. Biz özümüzə bu qədər güvənərkən qarşı tərəfin iddiaçı olmağına rəğmən hələ də məsələni siyasi arenaya daşıması əslində onların niyyətlərini açıq göstərir”.

    Türkiyə Prezidenti ABŞ Prezidentinin yanlış addımdan geri dönməsinə ümid etdiyini də əlavə edib.

    Publika.az
    loading...