Xəbər lenti
Axtar
Ən çox oxunan
  • “Azərsu” ASC-nin daxili qərarı sakinlərin kütləvi etirazına səbəb oldu – FOTO//VİDEO
  • Akademik Zərifə Əliyevanın doğum günüdür!
  • Daha bir şəhidimizin övladı dünyaya gəldi - Foto
  • "Başçı qaziylə bir dəfə görüşə bilər, onu da görüşüb" - Şəhid məzarlığında qazi ilə təsadüfən rastlaşan başçının müavinindən təəccüblü cavab- VİDEO//FOTO
  • Mirələmov YAP-dan bu səbəbdən qovulub - GENİŞ AÇIQLAMA
  • İrland tarixçidən ŞOK AÇIQLAMA: "İngils arxivləri Zəngəzuru bu ölkəyə aid edir"
  • Lerikdə Sahibkar qadın İcra Hakimiyyəti qarşısında etiraz aksiyası keçirib - VİDEO
  • Azərbaycan Ordusunun minaya düşən əsgəri şəhid olub
  • Bakıda oxuyan pakistanlı tələbə azərbaycanlı oğlana ərə getdi – FOTO
  • Məmur zülmünə məhkum olmuş şəhid ailələrinin naləsi... - VİDEO
  • Şuşa ərazisində “İsgəndər-M” raketinin qalıqlarının tapılması dünya mediasında geniş əks-səda doğurdu - FOTO
  • Çin peyvəndi vurduran Pakistanın Baş naziri koronavirusa yoluxub – FOTO
  • Votsap istifadəçilərinin nəzərinə - Xəbərdarlıq
  • Prezidentin köməkçisi: Tiqranakertlə bağlı saxta mifik hekayə bitdi
  • Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməklə, Azərbaycan Respublikasının inkişaf mərhələsinin təməlini qoymuşdur!!!
  • Prezident Zəngəzur dəhlizindən DANIŞDI
  • Təbib İbrahimov: “Arzu edirəm ki, Azərbaycanda xəstələrin sayı çox az olsun!”
  • Azərbaycan Ermənistanla sərhəddə işlərə başladı
  • SOYQRIMA HƏSR OLUNAN LAYİHƏ İCRA OLUNUR
  • Şair Mahir də mahir şairdi... - Yazı
  • Tehran və Bakı üçün bu sahələrdə yeni imkanlar açılır
  • Alim erməni yalanını ifşa etdi: Həmin xalçalar Bakıdadır
  • Şamil Sabiroğlu: Azərbaycanın hakimiyyət orqanları “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinə qarşı çox biganəlik göstərdilər...
  • HAVA KƏSKİN DƏYİŞİR: Nazirlik gücləndirilmiş iş rejiminə keçdi
  • Bölgələrə turist axını başladı - Ekspert açıqladı
  • 23 Nis 2021, 21:31   
        155
    Təkcə Bayden yox, Putin də geri çəkilir, amma müvəqqəti?



    Təkcə Bayden yox, Putin də geri çəkilir, amma müvəqqəti?
    BAKI-XEBERTV.AZ

    Ötən gün Rusiyanın müdafiə naziri Sergey Şoyqu ölkənin cənub sərhədlərinə (Ukrayna ilə sərhədlərə) yeridilmiş qoşun qruplaşmalarına daimi dislokasiya yerlərinə geri qayıtmağı əmr edib. Şoyqu bildirib ki, qoşunların döyüş hazırlığının qəfil yoxlanışı başa çatıb və yüksək nəticə əldə olunub. Və indi onlar öz daimi dislokasiya yerlərinə geri dönə bilərlər.

    Rusiya martın ortalarından etibarən Ukrayna ilə sərhədə iri qoşun qruplaşmaları cəmləşdirməkdə idi və bu proses Qərbdə ciddi narahatlıqla izlənilirdi, qoşunların cəmləşdirilməsi Moskvanın Ukraynaya qarşı irimiqyaslı hücum planlarına hazırlıq kimi qiymətləndirilirdi. Eyni zamanda bir çox analitiklər Rusiyanın 150 minə qədər canlı qüvvəni, minlərlə hərbi texnikanı, çoxsaylı “İsgəndər-M” operativ-taktiki raket komplekslərini, yüzlərlə qırıcı-bombardmançını Ukrayna istiqamətində nümayişkarənə şəkildə cəmləşdirməsini Kiyevi qorxutmaq, onu Donbassda mümkün hərbi əməliyyatlardan çəkindirmək və separatçılarla birbaşa danışıqlara məcbur etmək niyyəti daşıdığını düşünürdülər.



    Başqa sözlə, növbəti dəfə prezident Vladimir Putin Qərbi onun sonrakı addımlarının nədən ibarət olacağı haqda “qəhvə fincanında fala baxmağa” məcbur edə bilib. Əvvəlcə ABŞ Ukraynaya təzyiqlərə görə Rusiyaya münasibətdə kifayət qədər sərt ritorika seçib. Prezident Bayden, müdafiə naziri, milli təhlükəsizlik müşaviri, dövlət katibi bir-birinin ardınca Kiyevə zəng vuraraq Risiyanın mümkün hərbi təcavüzünə qarşı Ukraynaya “güclü dəstək” vədi veriblər. Görünür Bayden administrasiyasında hesablayırdılar ki, Kreml 2014-cü ildən fərqli olaraq ABŞ-ın bu dəfə Ukraynanı müdafiə etmək məsələsində təkcə sözlə kifayətlənməyəcəyini görsün. Və geri addım atsın. Amma belə olmadı, Rusiya daha çox hərbi qüvvə cəmləşdirməyə başladı, üstəlik Xəzər dənizindən raket və artilleriya gəmilərini çəkib Qara dənizə topladı.

    Belə olanda ABŞ da Qara dənizə iki döyüş gəmisi göndərmək üçün Türkiyəyə sorğu verdi (Montre anlaşmasına əsasən). Bu addım Rusiyada sanki bir qədər narahatlıq yaratdı, Moskva Amerika döyüş gəmilərinin Qara dənizə buraxılmaması üçün Türkiyəyə mesaj verdi. Eyni zamanda Türkiyənin Ukraynaya “Bayraktar TB2” döyüş pilotsuz təyyarələrini satmasından narazılığını daha açıq ifadə etməyə başladı.



    Gərginliyin artdığı bir vaxtda ABŞ prezidenti Cozef Bayden rusiyalı həmkarına zəng vurdu. Və əsas mövzusu Ukrayna ətrafındakı gərginlik barədə olan telefon danışıqlarının yekunu olaraq açıqlandı ki, Birləşmiş Ştatlar rəhbəri Putinə “yaxın aylarda üçüncü ölkədə görüşməyi” təklif edir. Bunun ardınca ABŞ Qara dənizə döyüş gəmiləri göndərmək barədə sorğusunu geri çəkdiyini açıqladı. Dərhal Qərb mediası Baydeni Putin qarşısında geri çəkilməkdə, Ukraynanı tək qoymaqda və s. qınamağa başladı. ABŞ-la Rusiya arasındakı geosiyasi qarşıdurmanın daha bir raundunu Putinin qazandığını yazdı.

    Amma indi, həmin telefon danışığından bir neçə gün sonra Putin də geri addım atır-qoşunlarına kazarmalara qayıtmaq əmri verir. Və belə qənaət yaranır ki, həm Baydenin gəmiləri çəkməsi və Ukrayna məsələsində ritorikanı yumşaltması, həm Putinin qoşunlarını geri çəkməsi əslində telefon danışığı zamanı əldə edilmiş anlaşmanın nəticəsidir. Ola bilsin tərəflər anlaşıblar ki, ABŞ Ukraynanı Donbassda hücuma başlamaq planlarından çəkindirsin, əvəzində Rusiya da öz qoşunlarını geri çəksin.



    Lakin “The Telegraph” yazır ki, Putinin Ukrayna sərhədlərinə qoşun cəmləşdirməsinin əslində təhdid, güc nümayişi olduğuna çoxları inanırdı. İndi isə Rusiyanın qoşunlarını tam geri çəkməsinə çoxları inanmır. Çünki Ukrayna sərhədlərinə yaxın yüzlərlə tank və zirehli texnika ən azından sentyabra, havalar soyuyana qədər orada (Voronej meşələrində) qalacaq. Bir çox analitiklər üçün bu, əsəbləşmək üçün səbəbdir. Çünki Putinin belə asanlıqla və ciddi nəticə əldə etmədən geri çəkiləcəyini sadəlövhlər düşünə bilər.

    Nəşr xatırladır ki, qoşunların geri çəkilməsi barədə elandan az əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Putinə Donbassda, birbaşa münaqişə zonasında görüşmək çağırışı edib. Putin isə dünən bu təklifə özünəxas tərzdə cavab verərək ki, Zelenskinin münaqişəni həll etmək istəyirsə Donbassda “Donetsk və Luqansk xalq respublikalarının” rəhbərləri ilə görüşməli olduğunu deyib. Rusiya-Ukrayna ikitərəfli münasibətlərini müzakirə etmək üçün isə Zelenski Moskvaya gələ bilər. Putin onu “istənilən vaxt” qəbul etməyə hazırdır...

    F.Məmmədov

    Virtualaz.org
    loading...