Xəbər lenti
Axtar
Ən çox oxunan
  • “Azərsu” ASC-nin daxili qərarı sakinlərin kütləvi etirazına səbəb oldu – FOTO//VİDEO
  • Akademik Zərifə Əliyevanın doğum günüdür!
  • Daha bir şəhidimizin övladı dünyaya gəldi - Foto
  • "Başçı qaziylə bir dəfə görüşə bilər, onu da görüşüb" - Şəhid məzarlığında qazi ilə təsadüfən rastlaşan başçının müavinindən təəccüblü cavab- VİDEO//FOTO
  • Mirələmov YAP-dan bu səbəbdən qovulub - GENİŞ AÇIQLAMA
  • İrland tarixçidən ŞOK AÇIQLAMA: "İngils arxivləri Zəngəzuru bu ölkəyə aid edir"
  • Lerikdə Sahibkar qadın İcra Hakimiyyəti qarşısında etiraz aksiyası keçirib - VİDEO
  • Azərbaycan Ordusunun minaya düşən əsgəri şəhid olub
  • Bakıda oxuyan pakistanlı tələbə azərbaycanlı oğlana ərə getdi – FOTO
  • Məmur zülmünə məhkum olmuş şəhid ailələrinin naləsi... - VİDEO
  • Şuşa ərazisində “İsgəndər-M” raketinin qalıqlarının tapılması dünya mediasında geniş əks-səda doğurdu - FOTO
  • Çin peyvəndi vurduran Pakistanın Baş naziri koronavirusa yoluxub – FOTO
  • Votsap istifadəçilərinin nəzərinə - Xəbərdarlıq
  • Prezidentin köməkçisi: Tiqranakertlə bağlı saxta mifik hekayə bitdi
  • Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməklə, Azərbaycan Respublikasının inkişaf mərhələsinin təməlini qoymuşdur!!!
  • Prezident Zəngəzur dəhlizindən DANIŞDI
  • Təbib İbrahimov: “Arzu edirəm ki, Azərbaycanda xəstələrin sayı çox az olsun!”
  • Azərbaycan Ermənistanla sərhəddə işlərə başladı
  • SOYQRIMA HƏSR OLUNAN LAYİHƏ İCRA OLUNUR
  • Şair Mahir də mahir şairdi... - Yazı
  • Tehran və Bakı üçün bu sahələrdə yeni imkanlar açılır
  • Alim erməni yalanını ifşa etdi: Həmin xalçalar Bakıdadır
  • Şamil Sabiroğlu: Azərbaycanın hakimiyyət orqanları “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinə qarşı çox biganəlik göstərdilər...
  • HAVA KƏSKİN DƏYİŞİR: Nazirlik gücləndirilmiş iş rejiminə keçdi
  • Bölgələrə turist axını başladı - Ekspert açıqladı
  • 19 Nis 2021, 21:48   
        177
    Rusiyanın Ukraynaya hücum xəritəsi yayıldı





    Rusiyanın Ukraynaya hücum xəritəsi yayıldı

    Donbasda irimiqyaslı döyüş əməliyyatları başlayarsa, Rusiya ordusunun Ukraynaya necə hücum edəcəyini əks etdirən hərbi xəritə yayılıb.

    XEBERTV.AZ Virtualaz.org-a istinadən xəbər verir ki, xəritəni “Military Maps” dərc edib. Xəritəyə əsasən Rusiya ordusunun Belarus istiqamətindən də Ukrayna ərazisinə hücum edəcəyi görünür. Bu xəritənin Rusiyanın real hərbi planlarına nə dərəcədə aidiyyəti olduğu bəlli deyil, amma indiki halda burası dəqiqdir ki, Rusiya Ukrayna sərhədlərində böyük miqdarda qüvvə - 100 min civarında canlı qüvvə, minlərlə döyüş texnikası cəmləşdirib.

    Kanadanın “Globe and Mail” qəzetində dərc edilmiş məqaləsində Harvard Universitetinin Devis Mərkəzinin elmi əməkdaşı, beynəlxalq məsələlər üzrə professor Aurel Braun bu mövzuya toxunaraq bildirir ki, artıq üçüncü onillikdir hakimiyyətdə olan Vladimir Putin öz rəqiblərini onun addımlarının nədən ibarət olacağı barədə baş sındırmağa məcbur etməyi sevir. “Bu gün isə Ukrayna sərhədlərində 90 minə yaxın Rusiya qoşunlarının cəmləşdirildiyi bir vaxtda Moskvanın bu ölkəni Dnestryanı, Gürcüstan, Krım və Suriyanın daxil olduğu beynəlxalq qələbələrinin artmaqda olan siyahısına daxil etmək istəyi yarana bilər”, - müəllif bildirir.

    Rusiyanın Ukrayna sərhədlərinə qoşun cəmləşdirməsinin məqsədi nədir: blef, şantaj, sınaq, yeni məhdud ərazilərin ələ keçirilməsi və ya total müharibə siqnalı? Moskvanın hərəkətlərinin arxasında nə dayanır?

    Müəllif qeyd edir ki, Rusiyanın Ukrayna sərhədlərində qoşun cəmləşdirməsi ABŞ-ın yeni prezidenti, Moskva ilə böyük qarşılıqlı əlaqələr təcrübəsinə malik olan Cozef Bayden üçün sınaqdır.

    "Moskva açıq-aşkar ümid edir ki, Bayden keçmiş prezident Barak Obama üçün xas olan “çiyin arxasından rəhbərlik” kursunu yürüdür, yəni sərt ritorika buna müvafiq addımlarla müşayiət olunmur. Rusiya Qərbi Ukraynada da güzəştə məcbur etmək üçün hidrid əməliyyatlardan istifadə edir. Prezident Bayden Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə “sarsılmaz dəstək” ifadə edib, amma biz hələ bilmirik ki, bu bəyanat onun tərəfindən əhəmiyyətli siyasi təşəbbüslərlə müşayiət olunacaqmı”, - professor yazır.
    loading...