Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Şuşa postuna qumbara atana 1000 dollar “mükafat” verilir
  • Qubadlı fatehi olan polkovnik-leytenant Vidadi Xəlilovun ildönümü ilə əlaqədar şəhərin Şəhidlər xiyabanında, məzarı önündə anım mərasimi təşkil olunub
  • Qarabağ Qazisi ÇARƏSİZ DURUMDA...
  • Sabah intensiv yağış yağacaq
  • Ermənistanda Azərbaycan və Türkiyə radiosu yayımlanır
  • Bir dövlət müəssisəsində 9 şübhəli tender müqaviləsi - FOTO
  • Qarabag əlillərinə qarşı böyük haqsızlıq.
  • Nəşi tapılan hərbçimizin şəxsiyyəti bəlli oldu - Foto
  • SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı - YÜZLƏRLƏ YOLUXMA, 14 ÖLÜ VAR
  • İcra Hakimiyyətlərində baş verən tender "maxenasiya"ları
  • ŞOK! Ailəsi ilə təhdid olunan şəxs sifarişin kim tərəfindən olduğunu bəyan etdi - VİDEO
  • Göyçayda 27 sentyabr – Anım Günü ilə bağlı ümumrayon tədbiri keçirildi
  • Öz nəfsimizin şərindən amanda olmadığımızı unutmayaq
  • Şəhid adına verilən küçə bərbad haldadır
  • Mobil operatorlarla bağlı yenilik
  • Büdcədə kəskin artım: Hökumət iki milyardı hardan yığacaq?
  • Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq
  • Paşinyandan Zəngəzur dəhlizi açıqlaması: Hazırıq!
  • Bu şəxslərə soğan yemək olmaz
  • İstəyənin əlini qaytarmayın
  • Ölümdən qaçmaq olsaydı…
  • Yoxsulları öz qonaqlığına buraxmayan varlının aqibəti
  • Ustad jurnalist - Nəriman Bəxtiyarovun əziz xatirəsinə
  • Hərbçilər, qazilər, şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar.
  • Dünyanın yeni düzəni: pisdir, ancaq çarə yoxdur
  • 28 Eyl 2020, 22:31   
        222


    Rus ekspert: Azərbaycan kəndlərini azad edir

    Azərbaycan bu gün beynəlxalq hüquq normalarına, özünümüdafiə hüququna müvafiq surətdə hərəkət edir.

    XEBERTV.AZ Axar.az-a istinadən xəbər verir ki, bu fikirləri “Moskva-Bakı” portalına hərbi ekspert, “Nasionalnaya oborona” (“Milli müdafiə”) jurnalının baş redaktoru İqor Korotçenko söyləyib.

    O qeyd edib ki, erməni ordusu Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təxribatlar həyata keçirir və Azərbaycan, beynəlxalq hüquq normaları baxımından, cavab əməliyyatları üçün bütün hüquqlara malikdir. İ.Korotçenko deyib:

    “Mən dəfələrlə demişəm ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmaması – regionda gələcəkdə böyük müharibəyə əsasdır. Üstəlik, Ermənistan tərəfindən şüurlu hərəkətlərin olmamasını da nəzərə almaq lazımdır. Biz daim Yerevanın hərbi təxribatlarını, qorxunc informasiya yaymaqla məşğul olduğunu görürük. Nikol Paşinyanın səbatsız siyasi vəziyyəti hərbi təxribat yolunu onun üçün salamat qalmağın yeganə variantı edir. Nikol Paşinyan Qarabağ istiqamətində təxribatla əhalinin diqqətini daxili siyasət sahəsində müvəffəqiyyətsizlikdən, ölkədə fəlakətli iqtisadi vəziyyətdən, koronavirusla mübarizədə iflasa uğramadan yayındırmağa çalışır. Bunların hesabını ondan soruşmasınlar deyə o, qəsdən hərbi münaqişə törədir və Azərbaycanı təqsirləndirir. Paşinyanın hərəkətlərinin məntiqi bax budur – bu, siyasi fırıldaqçının və hakimiyyət xatirinə hər cür təxribata, o cümlədən hərbi təxribatlara hazır olan insanın hərəkətlərinin məntiqidir”.

    İ.Korotçenko xatırladıb: “Bu gün Azərbaycan işğal edilmiş Füzuli və Cəbrayıl rayonlarında özünün 7 kəndini döyüş nəticəsində geri alıb, strateji yüksəkliklərini qaytarıb. Bu, nədən xəbər verir? Bu, Azərbaycan Silahlı Qüvvələrinin qüdrətinə görə regionda ən yaxşı ordu olmasını bir daha sübut edir. Azərbaycan ordusu yaxşı motivasiya olunub, axı, onun hərbi qulluqçuları haqq işi uğrunda vuruşurlar, onlar öz Vətənlərinin işğal olunmuş ərazilərini geri qaytarırlar. Bu səbəbdən onlar yüksək vətənpərvərlik ruhu ilə seçilirlər. Erməni hərbi qulluqçuları isə hətta nə uğrunda vuruşduqlarını bilmirlər – onlar özlərinin olmayan ərazilər uğrunda vuruşurlar. Azərbaycan ordusu səriştəlilik səviyyəsinə, Silahlı Qüvvələrin texniki təchizatına, azərbaycanlı komanda kadrlarının səviyyəsinə, generalların, zabitlərin hazırlığına görə yalnız əla qiymətə layiqdir”.

    Ekspertin sözlərinə görə, Azərbaycan öz ərazilərinin erməni tapdağı altında olduğu şəraitdə milli maraqlarını müdafiə edir. Belə şəraitdə bundan sonrakı təmkinlilik mövqeyi sadəcə mümkün deyildi, Azərbaycan cavab verməli idi.

    “Tam qətiyyətlə bircə onu deyə bilərəm ki, Azərbaycan beynəlxalq hüquq normalarına, özünümüdafiə hüququna müvafiq surətdə hərəkət edir. O, on illər ərzində erməni işğalçılarının tutduqları Azərbaycan kəndlərini azad edir”, - deyə ekspert sonda bildirib.
    loading...