Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Şuşa postuna qumbara atana 1000 dollar “mükafat” verilir
  • Qubadlı fatehi olan polkovnik-leytenant Vidadi Xəlilovun ildönümü ilə əlaqədar şəhərin Şəhidlər xiyabanında, məzarı önündə anım mərasimi təşkil olunub
  • Qarabağ Qazisi ÇARƏSİZ DURUMDA...
  • Sabah intensiv yağış yağacaq
  • Ermənistanda Azərbaycan və Türkiyə radiosu yayımlanır
  • Bir dövlət müəssisəsində 9 şübhəli tender müqaviləsi - FOTO
  • Qarabag əlillərinə qarşı böyük haqsızlıq.
  • Nəşi tapılan hərbçimizin şəxsiyyəti bəlli oldu - Foto
  • SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı - YÜZLƏRLƏ YOLUXMA, 14 ÖLÜ VAR
  • İcra Hakimiyyətlərində baş verən tender "maxenasiya"ları
  • ŞOK! Ailəsi ilə təhdid olunan şəxs sifarişin kim tərəfindən olduğunu bəyan etdi - VİDEO
  • Göyçayda 27 sentyabr – Anım Günü ilə bağlı ümumrayon tədbiri keçirildi
  • Öz nəfsimizin şərindən amanda olmadığımızı unutmayaq
  • Şəhid adına verilən küçə bərbad haldadır
  • Mobil operatorlarla bağlı yenilik
  • Büdcədə kəskin artım: Hökumət iki milyardı hardan yığacaq?
  • Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq
  • Paşinyandan Zəngəzur dəhlizi açıqlaması: Hazırıq!
  • Bu şəxslərə soğan yemək olmaz
  • İstəyənin əlini qaytarmayın
  • Ölümdən qaçmaq olsaydı…
  • Yoxsulları öz qonaqlığına buraxmayan varlının aqibəti
  • Ustad jurnalist - Nəriman Bəxtiyarovun əziz xatirəsinə
  • Hərbçilər, qazilər, şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar.
  • Dünyanın yeni düzəni: pisdir, ancaq çarə yoxdur
  • 07 Eyl 2020, 09:08   
        199

    BAKI-XEBERTV.AZ
    “Bu 4 qruplaşma Türkiyə ordusunun Azərbaycanda qalmaması üçün güclərini birləşdirib...”
    “Ölkəmizdə iqtisadi, siyasi, ideoloji gücünə görə birinci yerdə Haykanuşun uşaqlarıdır...”
    “Əgər Türkiyə ordusu ölkəmizdə qalmayacaqsa, Azərbaycan dövlətinin mövcudluğu doğrudan da sual altında qalacaq...”


    Tanınmış politoloq, istiqlalçı deputat Cümşüd Nuriyev Moderator.az-a geniş müsahibəsində Azərbaycanda və regionda yaranmış son vəziyyətlə bağlı diqqətçəkən açıqlamalar verib.

    -Cümşüd bəy, yadınızdadırsa, iyulun 10-da saytımıza verdiyiniz “Belə getsə, Azərbaycanı Rusiya, İran və Ermənistan arasında böləcəklər...” başlıqlı açıqlamanızda Azərbaycana qarşı çox dəhşətli bir ssenari, provakasiya hazırlanmasındann bəhs etmişdiniz. Demişdiniz ki, həmin ssenarini hazırlayan və həyata keçirməli olanlar hazırda vəzifə tutan və sabiq kürsü sahibləri arasında bilavasitə Ermənistan və onu dəstəkləyən iki dövlətlə bağlı olan adamlardır. Və sonda bildirmişdiniz ki, inşallah, avqustda həmin ssenarinin detalları və iştirakçılarının adlarını cəmi 1 saatlıq efirdə sənədlərlə ortalığa qoymaq planınız var... Bəs bu müddət ərzində nə baş verdi? Niyə açıqlamadınız həmin adları?

    -Ondan bir neçə gün sonra, bildiyiniz kimi, Tovuz cəbhəsində gərginlik, ordumuzun şəhidlər verməsi və s. hadisələr ölkə gündəmini tamamilə dəyişdirdi. Eləcə də son aylar hakimiyyət dairələrində gedən proseslər də araşdırmalarımızda müəyyən fasilələr yaratdı. Lakin işimi davam etdirirəm və təxminən sentyabrın 24-dək, yəni 20 gün vaxt versəniz, xeyli məqamları fakt və detallarıyla sizə açıqlayacam. Hələlik isə bir neçə yeni məlumatı nəzərinizə çatdırmaq istəyirəm.

    Birincisi, bəhs edilən ssenarini quranların bir hissəsi də Azərbaycanın qanunverici orqanında fəaliyyət göstərir. Onlar 4 ilə yaxın bir müddətdə - 1991-ci il 18 oktyabrdan, yəni müstəqillik qazandığımız gündən 1995-ci il 12 noyabradək – ilk müstəqil Konstitusiyamızın qəbul olunduğu günədək Azərbaycanın parlament tarixini saxtalaşdırmaqla məşğuldurlar. Buna, demək olar ki, 80 faiz nail olublar...

    Onlar sanki hansısa məqamı gözləyirlər. Həmin məqama qədər öz işlərini mümkün qədər gizli aparırlar. O vaxta qədər bunlar öz adamlarını Prezident Administrasiyasında və bir neçə nazirlikdə yerləşdiriblər. Bu, əsasən o nazirliklərdir ki, onlar vasitəsilə Prezidentlə xalq arasında uçurumun yaradılmasına, demək olar ki, nail olublar. Bunlar vətəndaşların həm təhlükəsizliyini, müdafiəsini və sosial hüquqlarının qorunmasını təmin etməli olan dövlət orqanlarıdır. Bəhs edilən düşmən güclər, demək olar ki, həmin qurumlarda adamlarını yerləşdirməyi başa çatdırıblar...

    -Maraqlıdır, sirr deyilsə, bu yetərli qədər ciddi məlumatları hansı mənbələr, yaxud sənədlər əsasında söyləyirsiniz?

    -Ötən söhbətlərimizdə də vurğuladığım kimi, mən bütün dediklərimi sənədlər əsasında danışıram. Hələlik əsas faktları açıqlaya bilmirəm. Çünki bəzi sənədlərin əldə olunmasını gözləyirəm. Amma onu deyə bilərəm ki, dövlət orqanlarında şəbəkələşmiş güclərin məqsədlərindən biri də Azərbaycan dövlətinin doğrudan da xalqın ən ali maraqlarına cavab verən strateji bir iddia irəli sürməsi zamanı hərəkətə keçərək onun baş tutmasının qarşısını almaqdır. Artıq Azərbaycan dövləti və xalqı belə bir iddianı irəli sürüb. Söhbət Türkiyə ordusunun Azərbaycan ərazisində yerləşdirilməsindən gedir...

    Ancaq onu deyim ki, bunların fəaliyyəti daha uzaq məqsədlərə hesablanıb. Həmin güclərin layihələrinə nələr daxildir? Birincisi, ölkədə hakimiyyətdaxili qarşıdurma yaratmaq, ikincisi, hakim partiya ilə digər partiyalar arasında bir uçurum yaratmaq, üçüncüsü, ölkə daxilində milli maraqlar əleyhinə həm daxili, həm də xarici KİV, əsasən internet kanalları vasitəsilə təbliğat aparmaq...

    Bir sözlə, bunlar ölkədəki vəziyyəti Azərbaycan dövlətinin varlığının sual altında qalmasınadək gərginləşdriməyə çalışırlar... Türkiyə hazırda boş yerə Azərbaycanı əvvəlkindən daha fəal şəkildə dəstəkləmir. Əgər Türkiyə ordusu ölkəmizdə qalmayacaqsa, çıxacaqsa, Azərbaycan dövlətinin mövcudluğu doğrudan da sual altında qalacaq... Və sözügedən düşmən güclərin də əsas məqsədləri Azərbaycanı ən azı 3 qonşu dövlət arasında, Gürcüstanı da nəzərə alsaq, 4 qonşu dövlət arasında bölməkdir... Həmin plan üzərində hazırda fəal iş gedir...

    Və hazırda Azərbaycana 4 istiqamətdən hücum var: birincisi - Haykanuşun uşaqları- Ermənistan, ikincisi - İvanın uşaqları - Rusiya, üçüncüsü - Daranın uşaqları - İran, dördüncüsü - Sorosun uşaqları- Avropa, ABŞ... Ölkəmizdə iqtisadi, siyasi, ideoloji gücünə görə birinci yerdə Haykanuşun uşaqlarıdır. İkinci yerdə İvanın uşaqlarıdır ki, onların da Azərbaycanda kifayət qədər sosial bazaları və maddi imkanları var. Üçüncü yerdə Daranın uşaqlarıdır. Onlar da əsasən Azərbaycanda dini amildən, yəni ölkəmizin böyük əksəriyyətinin müsəlman-şiə inanclı olmasından yararlanaraq planlarını həyata keçirməyə çalışırlar. Dördüncü yerdə isə Sorosun uşaqlarıdır ki, onlar əsasən demokratiya, insan haqları, qadın haqları, gender bərabərliyi, cinsi azlıqların haqları, feminizm hərəkatı, tolerantlıq və s. kimi amillərdən sui-istifadə etməklə Azərbaycan cəmiyyətinə və dövlətinə müəyyən təzyiqlər edirlər...

    Amma onu deyim ki, hazırda bu 4 qruplaşmanın məqsədləri üst-üstə düşür: Azərbaycanda Türkiyənin, xüsusən Türk ordusunun varlığına imkan verməmək. Çünki Türkiyə bütün parametrlərdə ölkəmizdə oturuşarsa, həmin güclərin hər birinin öz planlarını həyata keçirmək imkanları minimuma enəcək. Məhz buna görə sözügedən qruplaşmalar Azərbaycan daxilində güclərini birləşdiriblər. Odur ki, hazırda ABŞ da, Avropa da, hətta Suriyada müəyyən qədər rəsmi Ankara ilə maraqları üst-üstə düşən Rusiya və İran da Türkiyənin Azərbaycanla, Qarabağla bağlı planlarının baş tutması üçün bütün vasitələri işə salıblar. Aralıq dənizi məsələsində Yunanıstanla yanaşı, daim İslam dünyasına satqınlığıyla seçilən Misir və Birləşmiş Ərəb Əmirlikılərini də Türkiyə üzərinə saldırıblar...

    Dediyim kimi, hazırda bu sadalanan qüvvələr Türkiyənin ayağını Azərbaycandan kəsmək ötrü birləşiblər. Və bizdə olan məlumata görə, bu məqsədlə yaxın bir ayda, bəlkə də sentyabrın sonunadək ölkəmizə qarşı nəsə genişmiqyaslı bir təxribat hazırlayırlar...

    -Cümşüd bəy, bu da kifayət qədər ciddi məsələdir. Hansı mənbələrə əsasən belə qənaətə gəlmisiz?

    - Əsasən Ermənistan və Rusiyada, eləcə də İranda Azərbaycana qarşı aparılan informasiya müharibəsini təhlil edəndə bu qənaətə gəlmək olur... Niyə məhz sentyabrın sonunadək olan bir müddətin nəzərdə tutulmasını hələlik müəyyən edə bilməmişik... Amma bütün hallarda Türkiyənin, eləcə də Pakistanın Azərbaycanı dəstəkləməsi bunları həddindən artıq narahat edir, qıcıqlandırır və özündən çıxarır...

    -Bəs sizcə, hazırda Azərbaycanda, o cümlədən hakimiyyət dairələrində Türkiyə ordusunun burada qalması ilə bağlı vahid mövqe formalaşıb ki, bu xarici düşmənlər belə həyəcan keçirirlər?..
    moderator.az
    (Davamı var)

    Sultan Laçın
    loading...