Xəbər lenti
Axtar
22 Ağu 2020, 09:31   
    383



Azərbaycan torpağından Livan ermənilərinə 88 minlik yardım ayrıldı…


Müstəqil(!) Azərbaycan Respublikasının 30 ilə yaxındır işğal altında qalan 20 faizlik ərazisindən Beyrutdakı son dəhşətli partlayışdan əziyyət çəkən Livanın erməni icmasına maliyyə yardımı olaraq 25 milyon dramlıq(təxm. 88 min AZN) pul vəsaiti göndərilib

XEBERTV.AZ Moderator.az-a istinadən xəbər verir ki, erməni saytlarının yaydığı məlumata görə, Xankəndindəki separatçı-terrorçu rejim həmin vəsaiti 2020-ci ilin “büdcəsinin ehtiyat fondundan” ayırıb.

Xatırladaq ki, avqustun 9-da qondarma erməni rejimi Ermənistandan xüsusi bir reyslə Livanın erməni icmasına "Artsax xalqından Livana" adı ilə humanitar yardım da göndərib.
loading...