Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Qarabag əlillərinə qarşı böyük haqsızlıq.
  • Nəşi tapılan hərbçimizin şəxsiyyəti bəlli oldu - Foto
  • SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı - YÜZLƏRLƏ YOLUXMA, 14 ÖLÜ VAR
  • İcra Hakimiyyətlərində baş verən tender "maxenasiya"ları
  • ŞOK! Ailəsi ilə təhdid olunan şəxs sifarişin kim tərəfindən olduğunu bəyan etdi - VİDEO
  • Göyçayda 27 sentyabr – Anım Günü ilə bağlı ümumrayon tədbiri keçirildi
  • Öz nəfsimizin şərindən amanda olmadığımızı unutmayaq
  • Şəhid adına verilən küçə bərbad haldadır
  • Mobil operatorlarla bağlı yenilik
  • Büdcədə kəskin artım: Hökumət iki milyardı hardan yığacaq?
  • Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq
  • Paşinyandan Zəngəzur dəhlizi açıqlaması: Hazırıq!
  • Bu şəxslərə soğan yemək olmaz
  • İstəyənin əlini qaytarmayın
  • Ölümdən qaçmaq olsaydı…
  • Yoxsulları öz qonaqlığına buraxmayan varlının aqibəti
  • Ustad jurnalist - Nəriman Bəxtiyarovun əziz xatirəsinə
  • Hərbçilər, qazilər, şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar.
  • Dünyanın yeni düzəni: pisdir, ancaq çarə yoxdur
  • Yerli məmurlardan əli üzülən Gəncə sakini Ukrayna prezidentindən imdad diləyir - VİDEO
  • Adı korrupsiyada hallanan məmur başqa bölgəyə "transver" edilib ?... - VİDEO
  • Canı və malı düşmən zərbəsinə tuş gəlib, halal haqqını isə məmurlar mənimsəyir - VİDEO
  • Deputatın qohumları vətəndaşı ölümcül döyüblər
  • TEMPERATUR ENİR: külək, yağış, dolu olacaq - BU GÜNÜN HAVASI
  • İrəvan erməniləri Qarabağ ermənilərini DAŞ-QALAĞ EDİR: Rədd olun... - VİDEO
  • 27 Haz 2020, 21:11   
        221


    Ordumuz niyə Qarabağı azad edə bilmir? - Səfər Əbiyev SİRLƏRİ AÇDI

    BAKI-XEBERTV.AZ


    XEBERTV.AZ xəbər verir ki, keçmiş müdafiə naziri general-polkovnik Səfər Əbiyev açıqlamasında Silahlı Qüvvələrimizin indiyədək işğalçını niyə torpaqlarımızdan qovub çıxara bilməməsi səbəblərinə aydınlıq gətirib:

    "Azərbaycanın Tovuz rayon istiqamətində erməni silahlı bölmələrinin dövlət sərhədimizi qəflətən ağır silahlarla atəşə tutması regionda hərbi-siyasi vəziyyəti kövrək duruma gətirib çatdırdı. Üç gün davam edən şiddətli döyüşlərin geniş müharibəyə çevrilmə ehtimalı yüksək idi. Sərhədə yaxın ərazilərdə yerləşən yaşayış məntəqələrimizə artilleriya qurğularından açılan atəşlər müəyyən narahatlıqlar yaratsa da, peşəkar döyüş ruhuna malik olan Azərbaycan ordusunun layiqli və kəskin cavabından sonra düşmən tərəf təcavüzünü dayandıraraq geri çəkilməyə məcbur oldu. Növbəti həmlələr olacağı təqdirdə düşmənin ordumuz tərəfindən daha ağır zərbələr alacağı qaçılmaz olacaq.

    Ermənistanın quldur hakimiyyəti və işğalçı ordusu Azərbaycan SQ-nin şiddətli əks hücum zərbələrini bəlkə də heç ağlına gətirmirdi. Lakin qəhrəman əsgərimiz ona öz yerini göstərdi. Mən burada bir haşiyə çıxmağa lüzum görürəm. Uzun illər həm rəhmətlik Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında Azərbaycan Ordusuna rəhbərlik etdiyim zamanlardan əsgər və zabitlərimizin hərbi bilik və döyüş qabiliyyətinin yüksək səviyyədə olduğunu görmüş və bu ordu ilə həqiqətən fəxr duymuşam.

    Ordu çox həssas bir qurumdur. Müasir silahları idarə etmək üçün savadlı və hərbi biliklərə yiyələnmiş zabit korpusunun yetişdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu mənada qabaqcıl dünya ordularından heç də geri qalmayan ordu kadrlarımızın ərsəyə gəlməsində, yeni və digər təkmilləşdirilmiş ağır silahları nizamlaya biləcək müasir hərbi savad və qabiliyyəti ilə seçilən zabitlərimizin hərbi idarəetməyə cəlb edilməsində problemlər çoxdan arxada qalmışdır.

    Sual verilə bilər ki, bəs belə güclü ordu işğalçıya niyə layiq olduğu yeri göstərə bilmir? Öncə deyim ki, Ali Baş Komandanın rəhbərliyi ilə bu xoşbəxt günü görmək hamımıza qismət olacaq. Əgər düşmənin arxasında dayanan havadarı geri durarsa, qısa müddətdə onu diz çökdürməyə qadir ordumuz vardır. Buna heç kimin şübhəsi olmasın".(Moderator.az)
    loading...