Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Səfərbərlikdən qaçan ruslar sərhəddə saxlanıldı
  • Paşinyan Overçukla görüşdü: təfərrüat bəlli deyil
  • Vilayət Eyvazov rəisi işdən çıxardı
  • Paşinyan Səmərqəndə getməkdən imtina etd
  • Şəhid Milli Qəhrəman Polad Həşimovun ailə üzvlərini ziyarət etdik.
  • Baş Qərargah rəisi ordu modelindən danışdı
  • Azərbaycanda 2023-cü ildə “European Triathlon Camp” keçirilə bilər
  • Ermənilər Laçını minalayır: Bakı NƏ ETMƏLİDİR?
  • Zəngilanın baş planı açıqlandı
  • Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyinin rəhbərliyi Balakən rayonunda işgüzar səfərdə olub
  • Bu gün milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin doğum günüdür
  • NASA astronavtı kosmosda torpaqsız bitki yetişdirdi
  • Mehriban Əliyevadan Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
  • Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi - FOTO
  • Türk dünyası ilə bağlı dərsliklər qəbul edildi - FOTO
  • Xaricdə təhsil almaq istəyənlərin nəzərinə...
  • İlham Əliyev: "Özbək və Azərbaycan xalqları bir yumruq kimi birlikdə olacağıq"
  • Şok iddia: ölülərlə danışmaq mümkün olacaq
  • Xaricdən idarə olunan feyk hesablarla şantaj halları var - XƏBƏRDARLIQ
  • İlkin Süleymanovun məhkəməsi: Nərmin Quliyevanı sonuncu dəfə görən şahid DANIŞDI
  • Rövşən Əkbərovun səhhətində PROBLEM YARANDI
  • ŞƏHİD İLQAR VERDİYEVİN "ANDINA SADİQ OĞUL"FİLMİNİN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLİB
  • "Əziz Şuşa, Sən Azadsan!".
  • Fitrə zəkatı nə qədər verilməlidir? - Video
  • İlham Əliyev Emmanuel Makronu təbrik etdi
  • 04 May 2020, 09:43   
        404


    Türkiyə bu ölkənin taleyini dəyişdi – Ekspert

    Mövcud siyasi proseslər bir daha onu göstərdi ki, istər Suriya, istərsə də Liviyada hər hansı bir qalıcı sülhün əldə edilməsi üçün Türkiyə faktoru nəzərə alınmalıdır. Yəni Türkiyənin regionda maraqlarını görməzdən gəlmək olmaz.

    XEBERTV.AZ xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında siyasi ekspert Vüqar Zifəroğlu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun rəsmi Ankaranın Liviyada gedişatı müəyyənləşdirməsi haqda açıqlamasını şərh edərkən deyib. O bildirib ki, Çavuşoğlunun bu açıqlaması yerində verilən bir bəyanatdır:

    "Həqiqətən də Haftar xarici qüvvələrin dəstəyi nəticəsində keçici bir üstünlük əldə etmişdi. Mən bundan öncə də dəfələrlə bu üstünlüyün keçici olduğunu demişdim. Hətta yanvar ayında mətbuatda Haftarın Liviyanın 80 faizinə nəzarət etməsi ilə bağlı xəbərlər verilərkən də bunun nisbi üstünlük olduğu bəlli idi. Mövcud vəziyyət bir daha onu göstərdi ki, Haftar müttəfiqləri olmadan Liviyada heç bir gücə sahib deyil. Bu gün müttəfiqlərindən lazımi dəstək ala bilməyən Haftar tədricən geriləməyə başlayıb".

    Ekspert bildirib ki, Haftar tamamilə məğlub olmayıb:

    "Haftarın mövcud vəziyyəti nə qədər ağır olsa da, onu siyasi səhnədən silmək hələ tezdir. Yəni mövcud vəziyyətdə Haftarın Liviya siyasətindən belə asan getməsi real səslənmir. Çünki Liviya kifayət qədər strateji və bir o qədər də təbii sərvətlərlə zəngin ölkədir. Tarix boyu bu ölkə böyük güclərin maraq dairəsində olub, olmağa davam edəcək. Bu mənada Haftardan istifadə etmək istəyən qüvvələr hələ tam ondan üz döndərməyib".
    loading...